Mahinda Vaniaraxçi, “Ceylon (Shri Lanka) fresh teas (PVT) Ltd” şirkətinin direktoru:
– Şirkət 2016-cı ildən etibarən “WorldFood Azerbaijan” sərgisində iştirak edir və tədbirin necə genişləndiyini və vüsət aldığını məmnuniyyətlə müşahidə edirik. Sərgi bizim müxtəlif əlavələrlə təklif etdiyimiz yaşıl və qara seylon çayını almaq istəyən sifarişçiləri tapmaqda bizə kömək edir. Sərginin gedişində şirkətin stendində mütəxəssislərimiz individual çay qarışıqları, yəni məhz müştərilər üçün çay hazırlayır.
Biz Azərbaycanda öz məhsullarımızın distribyutorlarını tapmağa ümid edirik, axı ölkənizdə çayı çox sevirlər və bu bazar bizim üçün cəlbedicidir. Azərbaycan özü çay istehsalçısı və ixracatçısıdır, lakin yerli bazar bu məhsulla tam əhatə olunmayıb. Ölkədə təxminən yeddi milyon kiloqram çay yarpağı təklif edilir, tələbat isə daha böyükdür.
Azərbaycanda istehlakçılar dünyada istehsal edilən bütün çay növləri arasında seçim etmək imkanına malik olmalıdır. Biz açıq (tarasız) və paketdə, eləcə də şəxsi “Zylanica” brendi və sifarişçinin markaları ilə qablaşdırılmış seylon çayı təklif edirik. Buna görə də bizim şirkətlə əməkdaşlıq cəlbedici və sərfəlidir.