Yeni çeşidlərimiz ilə tanış olun!

Yeni çeşidlərimiz ilə tanış olun!

15 may 2019 0000

Yaşar Can, Direktor, “Can Pa” MMC

“CAN-PA” MMC öz inkişaf yoluna 1993-cü ildə “Can” markasını daşıyan ilk şirniyyat istehsalı ilə başlayıb. Dadı damaqda qalacaq onlarla lokum çeşidləri, bir-birindən ləzzətli marmelad, pişmaniye, draje, noğul, paxlava və şəkərbura kimi bir neçə şirniyyat çeşidi istehsal etməklə yanaşı, distribyutorluğunu etdiyi “Elit”, “Taha”, “Kendy” və “Hicret” firmalarının çeşidləri ilə illərdir ki, milli şirniyyat sahəsində fəaliyyətini davam etdirir. Şirniyyatlarımız bütün “A” kateqoriyalı marketlərdə və super-marketlərdə tanınır və alıcılar arasında populyardır. Builki sərgidə biz ziyarətçilərə 2019-cı ildə satışa çıxarılmış yeni çeşidlərimizi təqdim edəcəyik və əminik ki, məhsullarımız onların xoşuna gələcək. Xüsusilə, Azərbaycanda bu günə qədər istehsal olunmayan pişmaniyenin bu il ilk dəfə yerli istehsalına başlamışıq və bu çeşidimiz də alıcı rəğbətini qazanıb.

“WorldFood Azerbaijan 2019” sərgisində iştirak etməkdə əsas məqsədimiz ölkənin qida sektoruna aid önəmli layihəsində şirkətimizi təmsil etmək və şirkətimizi həm yerli, həm də xarici bazarda potensial müştərilərə tanıtmaqdır. “Can-Pa” öz məhsullarını xarici ölkələrə də ixrac etmək və Azərbaycan şirniyyatını tanıtmaq niyyətindədir. Əminəm ki, sərgidə xarici ölkələrin nümayəndələri ilə bu istiqamətdə lazımi görüşlər keçirəcək və danışıqlar aparacağıq.

 


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN