Daniil Davudov, “Göygöl Şərab Zavodu” ASC-nin marketinq üzrə meneceri
– Biz sərgidə yeni məhsulları təqdim edəcəyik: “XO” kateqoriyalı (ekstra-yaşlı) “Xan 1860” konyakı, “Sapphire”, “Yelkən” və “Xan Çinar” araqları. “Xan Çinar” arağı bazara daxil olduğu andan ölkədə öz seqmentinin ən məşhur içkilərindən birinə çevrilib. Etiket və çinar ağacı yarpağının dizaynı bütün mövsümlərə uyğun üç variantda təklif edilir: yaşıl yarpaq - bahar və yaz, sarı yarpaq – payız və qırmızı yarpaq - qış. Beləliklə, bu məhsulumuz hər mövsümün gözəlliyini özündə təcəssüm etdirir və məhsulun ekoloji təmizliyini xatırladır.
Arağın zərif dadı və şüşəsinin gözəl dizaynı onu bilicilər arasında xüsusi məhsula çevirir. “Sapphire” arağı seçilmiş buğda növlərindən alınan "Lüks" kateqoriyalı spirtdən və Kiçik Qafqaz dağlarının bulaqlardan götürülən dumduru sudan hazırlanır.
“Yelkən” arağı müvəffəqiyyətli, cəsarətli və qorxmaz insanlar, asan yollar axtarmayan kəşfedənlər və yenilikçilər, ömrü boyu “bütün yelkənlər açıq vəziyyətdə” səfərə çıxan səyyahlar üçün nəzərdə tutulub.
“Xan 1860” konyakı Göygöl bölgəsində yetişdirilən üzümdən hazırlanır və 16 ildən çox müddətə palıd çəlləklərdə saxlanılır. Konyak “X.O” kateqoriyalı konyaklar üçün səciyyəvi olan yumşaq şokolad, vanil və bal dadına malikdir.
Yuxarıda göstərilən bütün yeni məhsullar yeni, daha cəlbedici və müasir qablaşdırma ilə yanaşı, həm də məhsulun əla keyfiyyəti ilə fərqlənir. Bu, yeni məhsullarımızı rəqabət qabiliyyətli etməklə yanaşı, öz qiymət seqmentində satış liderlərinə çevirən əsas amillərdən biridir.
İlk növbədə, sərgidə spirt idxal edən xarici şirkətlərin nümayəndələrini görmək istərdik. Şirkətimiz yeni bazarlara çıxmaqda və mövcud müştəri bazasını genişləndirməkdə maraqlıdır.
Həmçinin biz burada “HoReCa” (“Otel, restoran və kafe”) seqmentinin yerli nümayəndələrinin iştirakını gözləyirik, belə ki, şirkətimiz bu seqment üçün spirtli məhsullar (araq, qazsız və qazlı şərablar, konyaklar) ilə yanaşı, həm də spirtsiz içkilər (təbii qazlı və qazsız sular və limonadlar) təklif edir.