İntensiv bağçılıq üçün innovasiyalar

İntensiv bağçılıq üçün innovasiyalar

22 may 2015 0000

Aydın Kərimov, “Мetak” ММС-nin icraçı direktoru

– Bizim üçün “WorldFood Azerbaijan 2015” sərgisi böyük əhəmiyyət kəsb edir. Bu sərgidə təkcə ayrı-ayrı müəssisələrin deyil, həm də bütövlükdə ölkəmizdəki aqrar sektorun, eləcə də iqtisadiyyatın uğurları əks olunur. “МЕТАК” şirkəti bağbanların işini asanlaşdırmaq və biznes təyinatlı bağların rentabelliyini artırmaq üçün nəzərdə tutulmuş məhsullarını təqdim məqsədi ilə bu sərgidə iştirak edir. Biz maksimum nəticəyə ümid bəsləyirik. Geniş profilə malik olan və Azərbaycanın inşaat bazarında öz məhsulları ilə yaxşı tanınan  “METAK” şirkəti bu il intensiv bağçılıq işlərinin həyata keçirilməsi üçün məhsul və xidmətlərin tam spektrinin istehsal və satışına başlamışdır. Məhsulların bir hissəsi idxalla əvəzləmə, qalan hissəsi isə həm innovativ, həm də ölkə bazarında ilk dəfə olaraq bu sərgidə təqdim olunan məhsullardan ibarətdir.

Şirkətimdəki istehsalatın yeni istiqamətini nəzərə alsaq, bu sərgidə iştirak çox aktualıdır. Azərbaycan aqrar sektorun inkişafı üçün güclü potensiala malikdir. “WorldFood Azerbaijan” sərgisinin geniş miqyası və səmərəliliyi isə hər bir şirkətə öz məhsullarını potensial müştərilərə, eləcə də müvafiq və ya əlaqədar sektorda fəaliyyət göstərən təşkilatlara təqdim etmək, digər şirkətlərlə tanış olmaq və işgüzar münasibətlər qurmaq üçün əla imkan yaradır.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN