Qriqori Mixaylenko, Rusiyanın “VKUSVILL” şirkətinin meneceri
Fəaliyyətimizin iki əsas istiqaməti var. Onlardan biri aqrar sahədir – Belqorod vilayətində qoz bağlarımız mövcuddur. Digər istiqamət isə qəlyanaltı məhsullarının istehsalıdır. Bununla yanaşı, istehsal prosesində istifadə etdiyimiz qida sənayesi avadanlıqları da bizim üçün xüsusi maraq doğurur. Məhz buna görə bu gün böyük maraqla hər üç sərgini – Caspian Agro Week, InterFood Azerbaijan və HoReCa Caspian sərgilərini araşdırırıq.
Azərbaycanda artıq öz məhsullarımızın istehsalını təşkil etmişik və hazırda xammal təchizatçıları axtarırıq. Məsələn, fritür yağı ilə bağlı məsələ artıq həll olunub. Bununla yanaşı, ting təchizatçıları ilə əlaqələr də bizim üçün maraq kəsb edir.
Artıq ikinci gündür ki, sərgiləri araşdırır, iştirakçılarla tanış olur və faydalı işgüzar əlaqələr qururuq.
Qida sənayesi üçün avadanlıqlar da xüsusi marağımıza səbəb olur. Hazırda əsasən Avropa istehsalçıları ilə əməkdaşlıq etsək də, müasir layihələri və innovativ həlləri nəzərdən qaçırmamaq üçün yerli bazarı da daim təhlil edirik. Çünki bu, həm qiymət baxımından daha sərfəli, həm də yerli avadanlıqların servis və texniki xidmət imkanları baxımından daha rahat ola bilər.
Sərgi bizdə çox müsbət təəssürat yaratdı. Hər şey aydın və rahat şəkildə təşkil olunub, dünya səviyyəli şirkətlər və məhsullar təqdim edilir. Bu baxımdan sərginin təşkilatçılığı həqiqətən yüksək səviyyədədir.