Mariya Qubareva, “Lenta” şirkətinin meneceri
“Lenta” şirkətlər qrupu Rusiyanın aparıcı pərakəndə satış şirkətlərindən və ölkənin müxtəlif ticarət şəbəkələrini özündə birləşdirən ən böyük hipermarket şəbəkələrindən biridir. Fəaliyyət istiqamətimiz meyvə və tərəvəz məhsullarıdır.
“InterFood Azerbaijan” sərgisində iştirakımızın məqsədi yeni tərəfdaşlar tapmaq, işgüzar əlaqələrimizi genişləndirmək və mövcud tərəfdaşlarımızla daha keyfiyyətli əməkdaşlığı möhkəmləndirməkdir.
Bu tip sərgilər istehsalçıların məhsulları ilə birbaşa tanış olmaq və onların təqdim etdiyi fərqli təklifləri eşitmək imkanı yaratdığı üçün olduqca faydalıdır. Belə irimiqyaslı tədbirlərdə pərakəndə satış sektorunun nümayəndələri tez-tez təchizatçılardan gözlənilməz və maraqlı təkliflər alırlar. Bizə yalnız meyvə və tərəvəz məhsulları deyil, həmçinin ət və süd məhsulları ilə bağlı təkliflər də təqdim olunur. Bununla yanaşı, axtarış prosesində perspektivli meyvə və tərəvəz tədarükçüsünü müəyyən edərək potensial biznes tərəfdaşı qazanmış olduq.