Nadejda Volçenkova, “Fresh Market” MMC-nin İdxal Şöbəsinin rəhbər
“Fresh Market” Moskva və Moskva vilayətində 250 satış nöqtəsinə malik pərakəndə satış şirkətləri şəbəkəsidir. Bizim Moskva ətrafında böyük anbarımız var və məhsulları mərkəzləşdirilmiş şəkildə qəbul edib paylayırıq. Bizim üçün əsas maraq doğuran məhsullar Azərbaycandan idxal olunan meyvə və tərəvəzlərdir. Bu məhsul seqmenti idxalımızın 90 faizini təşkil edir.
Biz bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıq edirik. Sizin ölkədə meyvə-tərəvəz məhsullarının çox geniş çeşidi mövcuddur ki, bu da Azərbaycana xüsusi maraq yaradır və bizi bu sərgiyə cəlb edir. Mən həm artıq əməkdaşlıq etdiyimiz şirkətlərlə, həm də əməkdaşlığa hazır olan yeni tərəfdaşlarla görüşlər keçirdim. Şəxsi görüşlər və birbaşa əlaqələr hər zaman vacib və daha effektiv olur. Tərəfdaşlarımızla əvvəlki əməkdaşlığın nəticələrini müzakirə edir, səhv və problemləri müəyyənləşdirir, onların həlli yollarını hazırlayır və gələcək planlarımızı paylaşırıq. Yeni tərəfdaşlarla isə əlaqələr qurur, onların imkanlarını və məhsullarının səviyyəsini öyrənirik.
Azərbaycanda kənd təsərrüfatının inkişaf səviyyəsini ayrıca qeyd etmək istərdim. Mən 2017-ci ildə Bakıda olmuşdum. İndi isə biznesə, logistikaya, məhsul keyfiyyətinə, sertifikatlaşdırmaya və analiz prosesinə yanaşmanın nə qədər müsbət istiqamətdə dəyişdiyini görürəm. Əvvəllər kiçik fermer təsərrüfatları ilə işləməli olurduqsa, indi böyük aqrokomplekslər, plantasiyalar və bağlarla əməkdaşlıq edirik.
Ümumilikdə sərgi məndə çox xoş təəssürat yaratdı. Şirkətlərin səviyyəsi, məhsul çeşidləri və ən əsası təqdim olunan məhsulların təbii keyfiyyəti diqqətimi çəkdi. Dəvətə görə təşkilatçılara təşəkkür edirəm.