Biz bura yerli bazarı öyrənmək məqsədilə gəlmişik

Biz bura yerli bazarı öyrənmək məqsədilə gəlmişik

14 may 2025 0000
Sunil Pamnani, “Gemni” şirkətinin baş direktoru

“Gemni” Hindistanın Haydərabad şəhərində yerləşən konus istehsalı üzrə ixtisaslaşmış bir şirkətdir. Biz artıq 86 ölkə ilə əməkdaşlıq edirik. Avadanlıqlarımız müştərinin tələblərinə uyğun olaraq müxtəlif növ konuslar, vaflilər, yeyilə bilən stəkanlar və konteynerlərin istehsalını təmin edir. Ən son texnologiyalar sayəsində sistemlərimiz çətin bişirmə parametrləri tələb edən məhsullarla belə optimal nəticələr əldə etməyə imkan verir. Eyni zamanda, bu avadanlıqlar enerjiyə qənaət edən şəkildə layihələndirilib. Bizim üçün əsas prioritet yüksək performansdır, məqsədimiz isə etibarlılıqdır.

Hazırda biz qəhvə üçün yeyilə bilən stəkanların istehsalı üzrə yeni bir texnologiya üzərində çalışırıq. Bu stəkanlar vaflidən hazırlanır və qəhvə içildikdən sonra yeyilə bilər. Bu, həm içkinin dadını daha da artırır, həm də plastik stəkanların istifadəsini azaltmağa kömək edir.

“InterFood Azerbaijan” kimi ixtisaslaşmış sərgilər şirkətimizin tanıdılmasına və yeni əlaqələrin qurulmasına şərait yaradır. . Mən artıq bir neçə potensial tərəfdaşla tanış olmuşam ki, bu da xüsusilə də Azərbaycanda ilk dəfə iştirak etdiyimizi nəzərə alaraq bizim üçün çox ümidvericidir.

Bizim bura gəlməkdə əsas hədəfimiz yerli bazarı öyrənmək və əməkdaşlıq imkanları üçün yeni tərəfdaşlar tapmaqdır. Azərbaycan bazarının ehtiyac və üstünlüklərini anlayaraq, biz qarşılıqlı faydalı və uzunmüddətli münasibətlər qurmağı və beynəlxalq fəaliyyət dairəmizi genişləndirəcəyimizə inanırıq.

Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN