Bütün məsələlər yerində həll olunur

Bütün məsələlər yerində həll olunur

15 may 2025 0000
Aleksey Yefremov, "Ribbstyle" şirkətinin nümayəndəsi

Mən Hollandiya mənşəli "Ribbstyle" şirkətini təmsil edirəm. Şirkətimiz alma və digər meyvələrin, həmçinin pendir, ət və balıq üçün saxlanma kameraları üçün qoruyucu örtük və izolyasiya vasitələri təklif edir. Məni InterFood Azerbaijan sərgisinə gətirən əsas amil Azərbaycan bazarına olan marağım oldu. Sərgidə meyvə yetişdirilməsi ilə məşğul olan təsərrüfatlar və şirkətlər geniş şəkildə nümayiş etdirilir. Bu da o deməkdir ki, buradakı iştirakçılar bizim potensial müştərilərimizdir.

Xüsusilə, mən böyük alma saxlama anbarlarına sahib olan beş iri şirkətlə görüşdüm. Onlar bizim hava və buxar keçirməyən, kif və göbələk əmələ gəlməsinin qarşısını alan izolyasiya materiallarımıza böyük maraq göstərdilər. Həmçinin, pendir istehsal edən müəssisələrin və ət təsərrüfatlarının sahibləri ilə də söhbət etdim. Onlar bizim üçün ikinci dərəcəli müştəri qrupudur, amma bu sahədə də əməkdaşlıq imkanları mövcuddur.

Bizim şirkət hələlik Azərbaycanla əməkdaşlıq etmir. Hesab edirəm ki, burada fəaliyyətə başlamağımız üçün ilk addım gələn il keçiriləcək “InterFood Azerbaijan” sərgisində yenidən iştirak etmək ola bilər. Sərgidə ən çox xoşuma gələn məqam işgüzar atmosfer oldu. Stendlərdə daim şirkətlərin rəhbərlik səviyyəsində qərarverməyə səlahiyyətli nümayəndələri olur və demək olar ki, bütün məsələlər dərhal yerindəcə həll olunur.

Bu isə çox rahat və işgüzar yanaşmadır.



 

Sponsorlar

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN