Əməkdaşlıq qarşılıqlı fayda üzərində qurulmalıdır!

Əməkdaşlıq qarşılıqlı fayda üzərində qurulmalıdır!

14 may 2025 0000
Farshid Soleimani Asl, “Iran Roll” şirkətinin meneceri

İranda və Fars körfəzi regionunda fəaliyyət göstərən ən böyük şirkətlərdən biri olan “Iran Roll”, müxtəlif növ rulon qablaşdırma materiallarının istehsalçısıdır. Şirkətimiz dizaynlı, çap olunmuş, laminasiyalı, parafinli, yapışqanlı, kəsimli, kağız və alüminium əsaslı qablaşdırma örtükləri istehsal edir. İstehsalat prosesi 50-dən çox müəssisədə aparılır və burada qabaqcıl Avropa avadanlıqlarından istifadə olunur. Bütün məhsullar dünya standartlarına uyğun şəkildə və öz xammalımızla hazırlanır.

İran, İraq, Türkiyə, Əfqanıstan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindəki istehsalçılar artıq məhsullarımızla yaxından tanışdır. Bizim əsas məhsullarımıza kərə yağı, süd, yoqurt, dondurma, içməli su və digər içkilər üçün nəzərdə tutulmuş qablaşdırmalar daxildir. Şirkətimizin illik istehsal gücü 700 ton təşkil edir.

Biz “InterFood Azerbaijan” sərgisində ilk dəfə iştirak edirik. Buradakı əsas məqsədimiz yerli bazarı daha yaxından tanımaq və böyük qida istehsalçılarına xidmətlərimizi təqdim etməkdir. Mən əvvəllər başqa bir şirkətin tərkibində bir neçə il Azərbaycanda çalışmışam və bu bazarın potensialını yaxşı bilirəm. Hazırda bizim üçün əsas məsələ əlaqələr qurmaq və məhsullarımızın üstünlüklərini nümayiş etdirməkdir. Eyni zamanda, biz qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın qurulması bizim üçün önəmlidir. Azərbaycanda da bizi cəlb edə biləcək imkanlar mövcuddur.

Sərgi iştirakçı şirkətlərin səviyyəsinə və peşəkar ziyarətçilərin sayına görə nüfuzlu və genişmiqyaslı tədbir olduğunu göstərdi. Biz burada əməkdaşlıq edə biləcəyimiz potensial tərəfdaşları görürük.


 

Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN