VİNULA Perera, Baş Direktor
"Forthright Teas" təmiz Seylon çayı ixracatçısıdır və biz hər növ çayın ixracında ixtisaslaşmışıq. Məqsədimiz ən yaxşı çay içmə təcrübəsini təmin etməkdir. İlk dəfədir ki, buradayam və yeni müştərilərlə, yeni tərəfdaşlarla tanış olmaqdan və yeni iş imkanları tapmaqdan çox məmnunam. Sərginin həqiqətən yaxşı və təsirli olacağına əminəm. Bu sərgi biznesin inkişafı və əlaqələrin qurulması üçün böyük imkanlar açır. Bu günə qədər əla təcrübə əldə etdik. Mən yeməyi sevirəm, insanları sevirəm.
Biz istənilən növ qarışıq, məhsul istehsal edə bilərik, müştərilərimizin tələblərinə uyğun olaraq hər cür qablaşdırma təqdim edirik və hər şeyi göndərə, qablaşdıra, istehsal edə, ala bilərik; çay istehsal etmək və öz çay brendini yaratmaq istəyən hər kəsə addım-addım həlləri təklif edə bilərik. Özümüzü əminliklə etibarlı və güvənli tərəfdaş adlandıra bilərik. Qarışığınız, qablaşdırma və çatdırılma həllinizlə bağlı verdiyiniz hər hansı bir qərarda sizi dəstəkləyəcəyik.
Qeyd edim ki, qiymətlərimiz razılaşdırıla bilər. Məhsulu müştərilərimizin ehtiyaclarına və seçimlərinə uyğun olaraq fərdiləşdirə bilərik. Məhsullarımızla maraqlananlar varsa, danışıqlara hazırıq.
Gözləntilərimizə gəldikdə, istər şirkət, istərsə də fərdi olaraq yeni tərəfdaşlarla görüşəcəyimizə ümid edirik. Bunun bizim üçün heç bir fərqi yoxdur. Mən artıq ətrafda gəzərkən maraq göstərən və dərhal alış-veriş edə biləcək bir çox potensial müştərilər gördüm. İnanıram ki, bir çox daxili həllər mövcuddur. Sərgi yeni başlayıb. Beləliklə, bir-birimizlə görüşməyə və hər iki tərəf üçün ən yaxşı həlli tapmağa vaxtımız var. B2B satışlarında əməkdaşlıq etməkdən məmnunuq.