Əbil Musayev, “Əminlər Qrup”-un laboratoriya nümayəndəsi
- Milli şirkətimizdi, müəssisəmiz Sabirabad rayonunda yerləşir. İstehsalatla və eyni zamanda ədviyyatların qablaşdırılması ilə məşğuluq. Yetərincə istifadəçimiz var, “İlğım” brendini bir çoxları tanıyır. Ədavalar, məsələn darçın, sarıkök, qara istiot dənəvər şəklində alınır daha sonra isə üyüdülür və qablaşdırılır. Həmçinin meyvə və tərəvəzləri konservləşdirir, kompot və şirələr, təbii sirkə istehsal edirik. Şirkətimiz istehsalat prosesini maksimal dərəcədə beynəlxalq standartlara uyğun və sərtlərə əsasən qurub. “Tala”, “Nuş”, “Milpak” “Tunc” markaları Əminlər Qrup-una məxsusdur. Mürəbbə, şirələr və turşular üçün məhsulları yerli bazardan əldə edirik. Vacib məqamlardan da biridir ki, biz keyfiyyətlə yanaşı, qablaşdırmaya və çəkiyə çox diqqətlə yanaşırıq. İstehsalçı qabın üzərində gördüyü çəkidən aşağı çəki əldə etməməlidir. Hazırda istehsalatımız genişlənir. Pendir məhsulumuz da bazara çıxacaq, bunun üçün işlər aparılır.
Sərgi sayəsində isə biz istehsalçılara bütün məhsullarımız barədə geniş məlumat veririk. Məhsullarımızı burada təqdim edib, bir daha öz işimizin nəticəsi olaraq markalarımızı nümayiş etdiririk. Neçə illərdir İnterFood-da iştirak edirik və düşünürəm yenə də iştirak edəcəyik. Sərgi zamanı topladığımız yeni məlumatlar və qurulan əlaqələr bizi bu addımı atmaqa yönləndirir.