"Interfood Azerbaijan 2024" - məhsullarımızın populyarlaşdırılması üçün əla fürsətdir

"Interfood Azerbaijan 2024" - məhsullarımızın populyarlaşdırılması üçün əla fürsətdir

14 may 2024 0000
"YUPEKCHİ" ES şirkətinin tarixi 90-cı illərin sonlarına təsadüf edir. Şirkətin təsisçisi cənab Aşir Sapargeldiyev avtomobil sənayesi sahəsində uğurlu ticarət biznesinə hələ 1997-ci ildə başlamışdır. Biznesin fəaliyyəti nəticəsində o, maliyyə cəhətdən uğurlar qazanmağa başladı. Lakin, sahibkar hər zaman  əsas məqsəd olaraq  qarşısına yerli və xarici istehlakçılar üçün dəyərli və vacib bir şey istehsal etməyi qoymuşdu. Beləliklə, 2003 – cü ildə uğurlu kapital qoyuluşu, eləcə də biznesin şaxələndirilməsi yolu ilə ilk məhsullarını - "Nazlı" qazlı içkilərini istehsal etməyə başlayan "YUPEKCHİ"ES Təsərrüfat Cəmiyyəti yaradıldı. Vaxt keçdikcə "YUPEKCHİ" ES-in məhsul çeşidi də genişləndi. Bu gün şirkət müxtəlif cür meyvə dadan şirələr, enerji və vitamin içkiləri, qazlı sərinləşdirici içkilər, soyuq çaylar, qazlı və mineral su istehsal edir. Bu yaxınlarda şirkət SGS Gulf Ltd beynəlxalq təşkilatından "Halal" sertifikatını alıb. Bundan əlavə, şirkətin ISO, FSSC kimi digər beynəlxalq sertifikatları var. Şirkət qurulduğu gündən bəri onun əsas prinsipləri yüksək keyfiyyət, sabitlik, yenilik və ən əsası, Vətəndə və xaricdə olan hörmətli istehlakçılarımızın məmnuniyyəti olmuşdur.
Qarşıdan gələn tədbir, yəni "Interfood Azebaijan 2024" beynəlxalq sərgisi, şübhəsiz ki, bölgədə və xaricdə olan potensial investorlarımızın və distribyutorlarımızın diqqətinə layiq olan məhsullarımızı tanıtmaq üçün əla bir fürsətdir. Bu sərgidə ilk dəfə olaraq bizim yeni və innovativ məhsulumuz, viitaminlə zənginləşdirilmiş və tərkibində şirə olan BOLD "Manqo Kokos" məhsulumuz Türkmənistanın hüdudlarından kənarda təqdim olunacaq. Bununla yanaşı, biz "Bold Black" və "Bold White" enerji içkiləri, Bulvar mineral suyu, "7gen", "Real Cola" qazlı içkiləri, "Buzz Ice Tea" soyuq çayları, "Pökgi", "Hoşal" və "Sedigen"şirələri kimi yaxşı tanınmış və hamı tərəfindən sevilən köhnə məhsullarımızı da təqdim edəcəyik.
Təbii sərinləşdirici içkilər, tərəvəz və meyvələrdən şərbət hazırlayarkən həmişə türkmən ənənələrinə riayət edərək, biz orijinal reseptə uyğun içkilər yaradır, bununla da istehlakçılarımıza xoş sürpriz hazırlayırıq. Üstəlik, içkilərimiz yalnız isti yay günlərində insanı təravətləndirib ona gümrahlıq vermir, həm də bədən üçün çox faydalıdır, belə ki, tərkibində sağlamlığı və gümrahlığı yaxşılaşdıran C, B3, B6 və B9 vitaminləri vardır. 2020-ci ildə Rusiyada XXVII Beynəlxalq "Prodexpo-2020" sərgisində şirkətimiz, daha doğrusu onun "Bold Black & White" Məhsulu "Məhsulun tərkibində İnnovasiya" nominasiyasında Qızıl medal aldı, çünki onlar yeni nəsil enerji içkiləri olsalar da, tərkiblərində taurin yoxdur. Axı biz bunları və digər içkiləri təkcə aktiv həyat tərzi sürən insanlar üçün deyil, həm də əsasən oturaq həyat tərzi keçirən uşaqlar və yaşlılar üçün istehsal edirik.
İxtisaslaşmış sərgilər biznes ekosistemində həlledici rol oynayır, əlaqələrin qurulmasına, bilik mübadiləsinə və markanın populyarlaşmasına kömək edir. Onlar müəssisələrə məhsullarını nümayiş etdirmək, dəyərli məlumatlar əldə etmək və böyüməni təşviq etmək üçün unikal platforma təqdim edir, bu da onları sənayenin inkişafı və uğurunun mühüm komponentinə çevirir. Bu cür sərgilər əlaqələrin qurulması üçün misilsiz imkanlar təqdim edir. Şirkətlər potensial müştərilər, tərəfdaşlar, təchizatçılar və rəqiblərlə əlaqə qura bilərlər. Bu cür qarşılıqlı əlaqə dəyərli əməkdaşlığa və tərəfdaşlığa səbəb ola bilər. Soyuq zənglərdən fərqli olaraq, sərgilər bizə sərgi stendimizin yaradıcılığı sayəsində özümüzü tanıtmaq və fərqlənmək imkanı verir. Qarşıdan gələn sərgidə iştirak etmək "YUPEKCHİ" ES şirkətimizə öz brendini daha geniş auditoriyaya təqdim etməyə və həmin auditoriyanı analoqunun tapılması çətin olan məhsullarımız ilə tanış etməyə imkan verəcək. Əminik ki, bu sərgi birbaşa, mənalı qarşılıqlı əlaqə və maraqlı təcrübə üçün platforma təklif edəcək, "YUPEKCHİ" ES brendimizin dəyərini və aktuallığını maraqlı auditoriyaya effektiv şəkildə nümayiş etdirəcək. Bugünkü rəqabətli marketinq dünyasında ən yaxşı xidmətlər və yenilikçi məhsullar təqdim etməklə yanaşı, rəqiblərimizi də yaxşı tanımaq vacibdir. Şübhəsiz ki, "Interfood Azerbaijan 2024" sərgisi bizə əsasən alkoqolsuz içkilərin istehsalı sahəsində cəmlənmiş sənaye kompleksi bazarının bütün liderlərini müşahidə etmək imkanı verəcək. Hesab edirik ki, bu, sərginin üstünlüklərindən biridir, belə ki, sərginin sayəsində biz stendlərə baş çəkərək rəqiblərimizi daha yaxşı başa düşəcəyik ki, bu da şirkətimizin uzunmüddətli perspektivdə növbəti marketinq strategiyasını daha səmərəli planlaşdırılmasına kömək edəcək .

Cümədurdu Potciimov,
"YUPEKCHI" ES Şirkətnin Xarici İqtisadi Fəaliyyət və Sərgilər Departamentinin mütəxəssisi

 

Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN