Lətifə Əhmədova, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının (AQSİA) rəyasət heyətinin üzvü.
- 2017- ci ildə yaradılan bu təşkilatımız bu günədək çox gözəl layihələrə imza atıb. Səkinə Babayevanın rəhbərliyi altında işini fəal davam etdirəm AQSİA-ya ölkəmizin demək olar ki bütün bölgələrindən olan qadınlar qoşulub və qoşulur da. Xanımlar hətta evdən belə bizə qoşulub sahibkarlıqla məşğul ola bilərlər. Biz bu yolda onlara məsləhətlər verir, yollar göstəririk. Qadınların sahibkarlıq gücü heç də kişilərdən zəif deyil. Mən şəxsən özüm 30 ildir ki sahibkarlıqla məşğulam. 2018-ci ildən istehsalat işi ilə məşğul olmağa başlamışam və bu günədək də çox fəal şəkildə irəliləyirəm.
AQSİA-nın hazırda sahibkalıqla məşğul olan 5000-nə yaxın üzvü var. Bunların arasında şirkət rəhbərləri də var. Eyni zamanda şəhid və qazilərimizin xanımları var, hansı ki sahibkarlıqla məşğul olur. Assosiasiyamız yerli və beynəlxalq tədbirlər, o cümlədən forum və konfranslar, təlim və seminarlar təşkil edir, qadın sahibkarlığının inkişaf etdirilməsinin üçün elmi araşdırma və sosioloji sorğular, qiymətləndirmə və monitorinqlər aparır, məlumatlandırma aksiyaları və maarifləndirmə kampaniyaları keçirir.
İTECA şirkətinin keçirdiyi sərgilərdə biz bu barədə məlumat veririk, çünki bu cür sərgilər ünsiyyət yaratmaq üçün çox gözəl fürsətdir. Bizi tanıyan insanlarla bir daha görüşürük, fikir mübadiləsi aparırıq. Tanımayan insanlara isə ətraflı məlumat veririk. Üzvlərimizin sayı artır, əməkdaşlıq sahələri genişlənir. Assosiasiya üzvlərindən bir neçəsi aqrar və qida sektorlarında çalışdığı üçün bu sərgidə iştirak edirik və həmin xanımların fəaliyyətinə marağı görürük. Əminik ki, sərgi nəticəsində onların fəaliyyəti daha da genişlənəcək.