Nüfuzlu və yüksək səviyyəli tədbir
16 may 2025
0000
Saparmurad Hocaquliyev, “Ay Aydın” şirkətinin meneceri
Azərbaycana ilk dəfədir ki, səfər etmişəm və “InterFood Azerbaijan” sərgisini ziyarət etməyə qərar verdim. Təmsil etdiyim şirkət şirniyyat sahəsində ixtisaslaşmışdır, buna görə də sərgidə diqqətimi daha çox fəaliyyət sahəm ilə bağlı olan məhsullar cəlb etdi. Sərgi mənə çox müsbət təəssürat bağışladı. Qeydiyyat prosesindən tutmuş sərgi sahələrinin peşəkar şəkildə təşkili, işgüzar proqram, iştirakçıların yüksək səviyyəsi – bütün bunlar bu tədbirin nüfuzlu və yüksək səviyyəli olduğunu göstərir.
Şəxsi olaraq əməkdaşlıq edə biləcəyim, biznesimi təkmilləşdirmək və genişləndirmək üçün potensial tərəfdaşlar tapdım. Şirniyyatçı üçün əsas olan un, yağ, süd, şəkər, ədviyyatlar, dənli məhsullar bir sözlə düzgün və keyfiyyətli seçilmiş inqrediyentlərdir. Bizim üçün logistika məsələsi də çox önəmlidir. Buna görə də ən çox diqqətimi bizə coğrafi baxımdan yaxın olan qonşuların Azərbaycan və Rusiya sahibkarlarının məhsulları cəlb etdi. Ümumilikdə, sərgini ziyarət etdiyim üçün çox şadam. Hesab edirəm ki, bu tədbir gələcək inkişaf üçün əlavə stimul verəcək.