Nina Hüseynova, “Abşeron 2000” şirkətinin direktoru
Biz uzun illərdir qida sənayesi bazarında fəaliyyət göstəririk. Bu müddət ərzində sənayenin innovasiyalarına üstünlük verilən bir neçə sahə istiqamətini mənimsəmişik. Bu sərgidə isə tərəfdaşlarımız olan Qazaxıstanın “Vakuummatic” şirkətinin qablaşdırma avadanlıqlarına üstünlük vermişik, çünki biz onların Azərbaycandakı distribüteriyik.
Bununla paralel olaraq, hazırda böyük tələbat olan qida məhsulları üçün qablaşdırma plyonkalarının nümunələrini də nümayiş etdiririk. Bunlar Rusiyanın “Soyuz-Polimer” istehsalçısının təklifləridir.
Şirkətimiz xarici analoqlardan geri qalmayan geniş çeşiddə vakuum qablaşdırma məhsulları istehsal edir. Burada istehsal edə bildiyimiz müxtəlif məhsul nümunələri təqdim olunur: ət və balıq məhsulları, kolbasa məhsulları, pendirlər və hətta heyvan yemləri üçün qablaşdırmalar. Biz həmçinin qablaşdırmanın markalanması və dizaynı ilə də məşğul oluruq və təbii ki, bu xidməti də təklif edirik.
Qeyd etmək istərdim ki, şirkətimiz Iteca-nın təşkil etdiyi ilk sərgidə də iştirak edib. Bu gün də biz bu ənənəni davam etdiririk. Sərgi platforması bizə qida sənayesi istehsalçılarına öz potensialımızı və imkanlarımızı nümayiş etdirmək üçün əla imkan yaradır.