“Qızıl Şah” – sərgini tamamlayan ən gözəl məqamdır

“Qızıl Şah” – sərgini tamamlayan ən gözəl məqamdır

15 may 2025 0000
Artıq bir neçə ildir ki, “InterFood Azerbaijan” sərgisi Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən ənənəvi "Qızıl Şah 2025" Beynəlxalq Kulinariya Çempionatına ev sahibliyi edir. Çempionatda 40-a yaxın komanda və 300-dən çox aşpaz iştirak edir. Müsabiqənin münsiflər heyəti isə 16 ölkəni təmsil edən Dünya Kulinariya İttifaqları Təşkilatının lisenziyalı aşpaz-münsiflərindən ibarətdir.

Sərginin artıq ənənəyə çevrilmiş tədbirlərindən biri də çempionat iştirakçıları və münsiflər üçün təşkil olunan ekspozisiya turudur. Yerli istehsalçıların məhsulları hər zaman kulinariya sahəsinin peşəkarlarının marağına səbəb olur və onların kulinariya şah əsərlərinin hazırlanmasında geniş istifadə olunur.

Çempionatın fəxri münsifi Nikolay Baratovun sözlərinə görə “‘Qızıl Şah’ çempionatı sərginin ən vacib tədbirlərindən biridir, bir növ “tortunun üzərindəki albalısı”dır. Mən azərbaycanlı təşkilatçıların işini çox bəyənirəm. Cəmi bir neçə il ərzində bu çempionat milli səviyyədən beynəlxalq turnirə çevrilib. Bu, olduqca böyük bir nailiyyətdir. Afərin, dostlar!”

Nikolay Baratov sərgi haqqında da fikirlərini də bölüşüb:“ Hər il sərgi daha da təkmilləşir, yeni və nüfuzlu şirkətləri cəlb edir. Kulinariya sahəsinin peşəkarı kimi məni ən çox sevindirən cəhət odur ki, sərgidə Azərbaycan aqrar-sənaye məhsulları geniş təqdim olunur. Görürəm ki, azərbaycanlı həmkarlarımız üçün işləməyə imkan verən çoxlu keyfiyyətli və təbii məhsullar var. Bu da hərbir aşpaz üçün ən vacib şeydir. Çünki heç nədən yaxşı bir şey hazırlamaq mümkün deyil. Yaxşı aşpaz bu sərgidə axtardığı hər şeyi tapa bilər!”

 

Rəsmi Bank

RƏSMİ OUTDOOR REKLAM TƏRƏFDAŞI

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN