“Qızıl Şah” Aşpazlar Çempionatı sevindirdi

“Qızıl Şah” Aşpazlar Çempionatı sevindirdi

15 may 2025 0000
Ruhlan Quliyev, “Buta Palace” restoranının aşpazı

Bu tematik sərgi tamamilə mənim peşəmlə bağlıdır. Təbii ki, burada restoran fəaliyyəti ilə əlaqəli olan hər şey maraq doğurur. İlk növbədə bu, ərzaq məhsullarıdır. Mənim işlədiyim restoran çox yüksək səviyyəli bir yerdir. Yeməklərin hazırlanmasında biz yalnız ən keyfiyyətli məhsullardan istifadə edirik və uzun illərdir əməkdaşlıq etdiyimiz, etibarlı tədarükçülərlə işləyirik. Onların bir çoxu burada öz məhsullarını sərgiləyir. Amma yeni, keyfiyyətli məhsul təklif edən şirkətlər də var. Həmçinin restoran avadanlıqları üzrə yeniliklərlə tanış olmaq da maraqlı olardı. Lakin sərgidə bu sahədə təmsil olunan şirkətlərin sayı çox deyil.

Son illər ərzində sərgi çərçivəsində keçirilən “Qızıl Şah” aşpazlar çempionatı da ziyarətçilərin marağını cəlb edir. Həmkarların işini izləmək həmişə maraqlı, bəzən isə faydalı və öyrədici olur. Hətta bəzi yerli və xarici aşpazların hazırladığı yeməkləri dadmaq da nəsib oldu. Dadı və təqdimatı ilə fərqlənən cəlbedici yeməklər var idi.

Mən son on ildir ki, “InterFood Azerbaijan” sərgisinin daimi ziyarətçisiyəm. Və tam əminliklə deyə bilərəm ki, bu sərgi həm kəmiyyət, həm də keyfiyyət baxımından davamlı inkişaf göstərir. Bu isə biz – ziyarətçilər üçün sevindirici haldır.

 

Rəsmi Bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN