“Retail Center” – sərginin yeni effektiv aləti

“Retail Center” – sərginin yeni effektiv aləti

8 may 2026 0000

“InterFood Azerbaijan” sərgisi çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər üçün “Retail Center – Ticarət Şəbəkələri Görüş Mərkəzi” təşkil olunub. Xüsusi yaradılmış zonada qida məhsulları istehsalçıları ilə iri pərakəndə ticarət şəbəkələrinin nümayəndələri arasında məqsədyönlü işgüzar görüşlər keçirilib.

Tədbir iştirakçılarının bir sıra fikirləri bu platformanın effektivliyini və əhəmiyyətini əyani şəkildə nümayiş etdirir. “Rahat” supermarketlər şəbəkəsinin “Gourmet” mağazaları şöbəsinin rəhbəri bildirib ki, Belarus, Gürcüstan, İtaliya, Türkiyə, Özbəkistan, Rusiya və digər ölkələrdən olan təxminən iyirmi qida məhsulu istehsalçısı şirkətin nümayəndələri ilə çox məhsuldar görüşlər keçirib.

“İştirakımızın əsas məqsədi məhsulların əldə olunması zamanı vasitəçilərdən yan keçərək istehsalçılarla birbaşa əlaqələr qurmaqdır. Bu, məhsulların əldə olunması prosesini sürətləndirməklə yanaşı, onların qiymətinə də ciddi təsir göstərir. Təşkilatçılara kreativ yanaşmalarına görə təşəkkürümü bildirmək istərdim. Onlar hər il danışıqların aparılması üçün yeni formatlar təklif edirlər. Qeyd etmək istəyirəm ki, builki format ötənilkindən daha effektivdir. Düşünürəm ki, danışıqların aparılmasına bu cür yanaşma hər iki tərəf üçün eyni dərəcədə faydalıdır”.

“OBA” supermarketlər şəbəkəsinin satınalma şöbəsinin rəhbəri İsa Hüseynzadə isə bildirib ki, xarici istehsalçı şirkətlərin iyirmidən çox nümayəndəsi ilə görüşlər keçirib.

“Şəbəkəmizə ölkə üzrə 1800-dən çox market daxildir. Hər ay daha iyirmiyə yaxın yeni market açılır. Buna görə də biz daim yeni və keyfiyyətli məhsullarla maraqlanır, müxtəlif kateqoriyalı mallar axtarır, yeni tendensiya və brendləri öyrənir, rəqiblərin fəaliyyətini təhlil edirik. Biz həm Azərbaycanda, həm də xaricdə keçirilən sərgilərin ənənəvi iştirakçılarıyıq. Caspian Agro Week təşkilatçılarının təqdim etdiyi yeni “Retail Center” formatı çox effektiv və məhsuldar oldu. Açıq desək, şirkətlərin stendlərində ünsiyyət həmişə konkret və səmərəli olmur. Söhbət prosesinə digər ziyarətçilər, sahə ilə əlaqəsi olmayan şəxslər müdaxilə edir və s. Maraqlı tərəflərin xüsusi ayrılmış əraziyə yaxınlaşaraq danışıqlar üçün vaxt əldə etməsi daha effektiv formatdır. Həmçinin əvvəlcədən planlaşdırılmış görüşlərə sərgidə iştirak etməyən şirkət nümayəndələri də qatılır ki, bu da danışıqlar dairəmizi genişləndirir”.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN