Maksim Semenov, “April Plast” şirkətinin rəhbəri (Rusiya Federasiyası)
Mənim rəhbərlik etdiyim şirkət təzyiqlə qəlibləmə avadanlıqlarının yəni qablaşdırma istehsalı üçün istifadə olunan dəzgahların tədarükü ilə məşğuldur. Bu avadanlıqların əksəriyyəti Çin istehsalıdır. Məni “InterFood Azerbaijan” qida sərgisinə gəlməyimin səbəbi yeni tərəfdaşlar və müştərilər tapmaq istəyidir. Əvvəlcədən aparılmış bazar araşdırması göstərdi ki, Azərbaycanda qida sənayesi sürətlə inkişaf edir və bu sahə üçün müxtəlif növ qablaşdırma həmişə zəruridir.
Sərginin səviyyəsi məni doğrudan da çox təsirləndirdi. Axtardığım hər şeyi burda tapdım. Avadanlıqlarımıza maraq göstərən şirkətlərlə perspektivli danışıqlar apardım. Onların arasında həm bazarın iri iştirakçıları, həm də kiçik və orta biznes nümayəndələri var idi. Fərqli səviyyələrdə olan şirkətlərlə əməkdaşlıq imkanlarının yaradılması sərginin vacib üstünlüklərindən biridir.
Xüsusilə sərginin təşkilatçılığını qeyd etmək istəyirəm. Bakı Ekspo Mərkəzinin əlverişli yerləşməsi və iri sərgi tədbirlərinin təşkili üçün yaradılmış müasir şərait, stendlərin effektli quruluşu və informasiya təminatı bütün ekspozisiyaları rahat şəkildə gəzməyə və lazım olan stendləri asanlıqla tapmağa imkan verir. Satıcıların və istehlakçıların bir məkanda toplanması qısa müddətdə genişmiqyaslı və səmərəli əlaqələr qurmağa imkan verir.