Celal Can Berkay, “Erensoy Gida və ambalaj makinaları” şirkətinin satış mühəndisi
- Uzun illərdir Türkiyədə artıq öz sözünü demiş bu şirkət indi Azərbaycanda da öz fəaliyyətini genişləndirmək istəyir. Qablaşdırmanın hər mərhələsi üzrə topladığımız təcrübə və gördüyümüz işin sayəsində bu günə qədər heç bir uğursuz layihəmiz olmayıb. Şirkətimiz dünyada bu sahə üzrə məşhur olan "Nissei ASB” Yaponiya şirkətinin 15 ölkədə, o cümlədən Azərbaycanda da distribyotorudur. “Erensoy Gida və ambalaj makinaları” şirkətinin digər şirkətlərdən fəqləndirən xüsusiyyəti servis səviyyəsi, mühəndislik xidməti, ayrıca avadanlıqlarımızın yüksək texnoloji imkanları, konsaltinq xidmətimizdir. Həmçinin, şirkətimiz tərəfindən yaradılmış “Zero Cooling” sistemi plastik qabların daha davamlı və insan sağlamlığı üçün maksimum dərəcədə təhlükəsiz olmasını təmin edir. Demək olar ki, bu sahədə unikal texnologiyaya sahibik.
Biz bu sərgiyə yeni əlaqələr yaratmaq, əməkdaşlıq üçün partnyorlar əldə etmək məqsəilə artıq 5 ildir ki qatılırıq. Azərbycanda sıx əməkdaşlıq etdiyimiz şirkətlər var – Caspian Fish, Azersun, Kürplast və s. kimi müəssisələr var. Xeyli nəticələr əldə olunub. Bu dəfə də bir sıra görüşlər keçirdik və düşünürəm ki, sərgidən sonra yeni səmərəli tərəfdaşlıqlar quracağıq.