Tədbirin səmərəliliyindən razıyam

Tədbirin səmərəliliyindən razıyam

8 may 2026 0000

Zümrüd Həsənova, Azərbaycanda bir sıra meyvə və tərəvəz istehsalçılarının biznes tərəfdaşı

Bizim əsas vəzifəmiz Rusiyanın ticarət şəbəkələrinə keyfiyyətli tərəvəz və meyvələrin tədarüküdür. Buna görə də sərgi bizim üçün vacibdir, çünki burada yerli bazarın təhlili uğurla aparılır, yeni təchizatçıların və yeni istehsalçıların axtarışı yaxşı təşkil olunur. Mən burada lazım olan sahibkarları tapdım, bir sıra danışıqlar apardım və tədbirin səmərəliliyindən əvvəlki illərin sərgiləri ilə müqayisədə razı qaldım!

Həmçinin qeyd etmək istərdim ki, yerli şirkətlər öz biznes layihələrində xarici həmkarları ilə uğurla rəqabət aparırlar.

Mənim üçün sərgi fəaliyyətimdə yeni və faydalı nələrsə tapa biləcəyim bir platformanı təcəssüm etdirir. Bu, təchizatçı ilə alıcının görüş yeri, bütün peşəkar məqamların müzakirə oluna bildiyi məkandır. Belə iş formatı çox faydalıdır — onu internet üzərindən aparılan danışıqlar, zənglər və yazışmalarla müqayisə etmək olmaz. Burada qərarlar birbaşa görüş zamanı qəbul olunur ki, bu da hər iki tərəf üçün sərfəlidir. “Caspian Agro” sərgisi uzun illərdir planlarımızın həyata keçirilməsi üçün bütün bu imkanları yaradan məhz həmin platformadır. Məhsulların geniş çeşidi və iştirakçıların yüksək səviyyəsi sərgini biznesin inkişafı üçün mühüm məkana çevirir.

 

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN