Zəfəran – Abşeronun “qızılı”

Zəfəran – Abşeronun “qızılı”

25 aprel 2024 25 may 2024

Aliyə Quliyeva, “Absheron Saffron” LTD, Satış Rəhbəri 

2016-cı ildə yaradılmış “Absheron Saffron” LTD Azərbaycanın ilk patentləşmiş zəfəran məhsulları istehsal edən şirkətdir. Şirkət Abşeron yarımadasının Zirə qəsəbəsində istehsal sahəsinə malikdir və 20 hektar sahədə zəfəran yetişdirir. 

Ən yaxşı premium keyfiyyətdə olan zəfəranlı məhsullarımızı, müştərilərimizlə daha yaxından tanış etmək üçün, 2022-ci ildə “Zərəfəran Məhsulları” adlı şourum istifadəyə verildi. İstifadəyə verildiyi gündən etibarən rəngarəng məhsullar həm yerli, həm də xarici vətəndaşların böyük marağına səbəb olmuşdur. Məhsullar nəinki yerli bazarda, eyni zamanda dünyanın bir sıra ölkələrinə həm xam məhsul, həm də hazır məhsul olaraq export olunur. Şirkət zəfəranın və zəfəran məhsullarının becərilməsi və emalı zamanı heç bir kimyəvi və ya sintetik məhsuldan istifadə etmir. Dünyada ən yüksək keyfiyyətli zəfəran yetişdiricilərindən biridir. Şirkətin istehsal etdiyi məhsullar: Zəfəran və zəfəranlı mürəbbələr, zəfəranlı bal, krem, sabun, şam, gül vannası və s. Bunların bir çoxunu “InterFood Azerbaijan” 2024 sərgisi ziyarətçilərinə təqdim edəcəyik. 

Abşeron zəfəranı tamamilə bio orqanik məhsuldur, tərkibində heç bir kimyəvi qatqı yoxdur. Hətta zəfərana aid bir neçə sertifikatlarımız var ama ən önəmlisi isə İsveçrə laboratoriyasından əldə etdiyimiz nəticədir ki, zəfərana aid ən kiçik nüanslar belə dəyərləndirilmiş, qatqının olmadığı aşkarlanmışdır. 

Əlavə olaraq rənginin tünd olması onun keyfiyyətindən xəbər verir, səbəbi isə yod sahəsində yetişib yodla zəngin olmağıdır. Küləklə gələn dəniz havası da əlbəttə, ən təsirli vasitələrdəndir. PH-ı 6.5 olan torpaq çox münbitdiR və münbit torpaqda orqanik gübrelerle yetişdirilir.  

“InterFood Azerbaijan” sərgisi artıq uğuruna görə sərgi sahəsində kifayət qədər öz sözünü deyə bilib. Bu uğura inanaraq, biz də burada məhsulları tanıtmaqdan məmnunluq duyuruq. Əsas məqsədimiz yerli və xarici bazarda məhsullarımızı tanıtmaq, lazımi dərəcədə işıqlandırmaqdır


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN