30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”nun açılıış mərasimi
30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”nun açılıış mərasimi
30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”nun açılıış mərasimi Press-reliz 13.05.2025
Bu gün Bakı Ekspo Mərkəzində regionun ən böyük sərgiləri − 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikasının Kənd təsərrüfatı nazirinin Elçin Zeynalov, Belarus Respublikası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələr Ofisinin rəhbəri Muhammad Nasar Hayat və “Caspian Event Organisers” (CEO) şirkətinin Baş direktoru Fərid Məmmədov çıxış ediblər. Çıxışlar bitdikdən sonra sərginin iştirakçıları və qonaqları VIP turda iştirak etdilər.
Bu gün artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində öz işinə başlamışdır. Sərgilər 16 may tarixinədək davam edəcəkdir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir. Bu illər ərzində sərgilər, etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində layiqli yerini tutmuşdur.
Sərgilərin ölkə üçün əhəmiyyətini ölkə başçısının bu tədbirləri ziyarət etməsi vurğulayır. Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.
Tədbirlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.
Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri haqqında ətraflı məlumatı www.caspianagro.az və wwww.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.