Nərminə Xudiyeva, “Aznur” şirkətinin marketinq üzrə meneceri
– Biz “WorldFood” sərgisində Belarusun mağazalar şəbəkəsini təqdim edirik. Bu günə qədər Azərbaycanda beş belə mağaza fəaliyyət göstərir, onların dördü Bakıda, biri isə Naxçıvanda yerləşir. Şirkətimiz Belarusun ərzaq məhsulları çeşidlərini Azərbaycan bazarında xalqımızın istehlak tələbatına uyğun olaraq təklif edən ilk müəssisələrdən biridir. Bunlar ilk növbədə, çox sayda süd məhsullarıdır.
Biz “ММЗ1”, “Молочный Мир” və başqa ən qabaqcıl zavodlarla əməkdaşlıq edirik. Ət məhsullarının satılması baxımından tanınmış “Борисовский”, “Гродненский” ət kombinatları ilə əməkdaşlıq edirik. Bu gün isə (yeni məhsul kimi) sərgidə yarıbitmiş toyuq məhsullarının əsas istehsalçısı - “Дзержинский” kombinatının məhsullarını təqdim edirik.
Stendimizdə şərab və araq məhsullarının bütün növləri nümayiş olunur. Qənnadı məmulatları “Коммунарка”, “Домочай” kimi müxtəlif brendlər tərəfindən təqdim edilir. Klassik və milli reseptlərə uyğun hazırlanmış çörək məhsulları xüsusilə məşhurdur. Biz xalqımızın keyfiyyətli məhsul istehlak etməsini istəyirik və buna görə, biz uzun illərdir ki, bu sərgidə iştirak edərək, insanlara yeni məhsullarımız barədə məlumat verməyə çalışırıq. Bu günlərdə ziyarətçilər bizim ekspozisiyadakı istənilən məhsulu dadmalıdırlar. Biz istehlakçıların hər zövqünü nəzərə alaraq həmişə biznesi genişləndirməyə çalışır və məhsulların çeşidini daha da artırmağı planlaşdırırıq.