Azərbaycanda kənd təssərüfatının gələcək inkişafında kooperasiyalar mühüm rol oynayacaqdır

Azərbaycanda kənd təssərüfatının gələcək inkişafında kooperasiyalar mühüm rol oynayacaqdır

18 oktyabr 2015 0000

abirabad, 28 sentyabr (AZƏRTAC). Sentyabrın 28-də Sabirabad rayonunun Çölbeşdəli və Axısxa kəndlərində fəaliyyət göstərən istehsal kooperativlərinin üzvləri ilə keçirilmiş görüşdə ölkədə kooperasiya sisteminin inkişaf perspektivləri müzakirə olunmuşdur.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 1996-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizdə ilk dəfə həyata keçirilən aqrar islahatlarının uğurlu nəticələrindən söhbət açmış, Milli Məclisdə müzakirəyə hazırlanan “Kooperasiya haqqında” qanun layihəsinin mükəmməlliyi üçün belə görüşlərin çox faydalı olacağını bildirmişdir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov istehsal kooperativlərinin üzvləri ilə keçirilən görüşlərin əsas məqsədinin parlamentdə ilk oxunuşdan keçmiş “Kooperasiya haqqında” qanunun daha işlək və faydalı olması üçün kooperasiya üzvlərinin fikir və mülahizələrini öyrənməkdən ibarət olduğunu bildirmişdir.

Qanun layihəsi barədə ətraflı məlumat verən E.İbrahimov gələcəkdə kənd təsərrüfatının inkişafında kooperasiyaların böyük əhəmiyyət kəsb edəcəyini vurğulamışdır.

Görüşdə çıxış edən Axısxa istehsal kooperasiyasının sədri Hətəmşah Məcidov rəhbərlik etdiyi təsərrüfatda 71 ailənin birləşdiyini və 307 hektar əkin sahəsinin olduğunu diqqətə çatdıraraq torpağın meliorativ cəhətdən yaxşılaşdırılması, keyfiyyətli toxumun əldə olunması, istehsal edilmiş məhsulların bazara çıxarılması, emal müəssisələrinin yaradılması sahəsində qarşılaşdıqları problemlərdən danışmışdır.

Çölbeşdəli kənd istehsal kooperasiyasının sədri İlyas Nağdəliyev öhdələrində 450 hektar torpaq sahəsinin olduğunu və yüksək məhsul əldə etmək üçün kooperasiyaya maliyyə dəstəyinin vacibliyini vurğulamışdır.

Kənd sakinləri çıxışlarında dövlət başçısının tapşırığı ilə iki ay əvvəl kəndlərinə asfalt yol çəkildiyini razılıq hissi ilə vurğulamış, bütün bunlara və həmçinin Sabirabad rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon sakinləri adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN