Biz məhsullarımız üçün daimi distribyutor axtarırıq

Biz məhsullarımız üçün daimi distribyutor axtarırıq

22 may 2015 0000

Aleksey Kirsanov, Kurqan ət kombinatının direktoru

– Biz Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisində Kurqan ət kombinatını təqdim edirik. Şirkət Rusiyada aparıcı ət konservləri istehsalçılarından biridir. Biz işimizi ən son texnologiyalara əsasən quraraq, yalnız ekoloji cəhətdən təmiz xammaldan istifadə edir, habelə keyfiyyətli, dadlı və sağlamlıq üçün zərərsiz məhsullar istehsal edirik. Biz məhsullarımızın keyfiyyətini daha da yüksəltmək niyyətindəyik.

Biz bu sərgidə öz məhsullarımız üçün yeni distribyutorlar tapmaq məqsədi ilə iştirak edirik. Kurqan ət kombinatı halal sertifikatlı məhsullar, xüsusilə də halal ət konservləri istehsal edir və biz artıq iyun ayından etibarən bu məhsulları Azərbaycana gətirmək niyyətindəyik. Burada halal məhsullar bazarının perspektivləri çox yüksəkdir. Biz artıq öz halal məhsullarımızı Rusiyanın müsəlmanların üstünlük təşkil etdiyi bölgələrində təqdim edirik və ümidvarıq ki, məhsullarımız Azərbaycanda da öz alıcısını tapacaq.

Biz sərginin ilk iş günü ərzində bir sıra şirkətlə görüşlər keçirdik. Bununla belə, sərginin ikinci günü ilk gündən də dolğun keçir. Bizim stendə kifayət qədər ziyarətçi yaxınlaşaraq məhsullarımızla maraqlanırlar. Azərbaycanlı ziyarətçilərlə yanaşı, ekspozisiyamızla Gürcüstan, İran və Türkmənistanı təmsil edən distribyutorlar da maraqlanırlar.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN