Zilvinas Putramentas, Litva Dövlət Kənd Təsərrüfatı və Qida Bazarının Tənzimlənməsi Agentliyinin baş məsləhətçisi
- Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisində iştirak etməkdə məqsədimiz səmərəli əməkdaşlıq üçün Azərbaycanda tərəfdaşlar axtarmaqdır. Litvanın stendində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən, xüsusilə də ət, süd, balıq və s. məhsulların istehsalı ilə məşğul olan şirkətlər barədə məlumat təqdim olunur. Sərginin ziyarətçiləri bizim şirkətlərin istehsal etdikləri məhsul nümunələri ilə tanış ola bilərlər.
Hazırda Litva və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ticarət əməkdaşlığının səviyyəsi yüksək deyil. Bizim müşahidələrimiz isə göstərir ki, pərakəndə satış bazarında Litvada istehsal olunan məhsulların sayı azdır.
Biz ümidvarıq ki, Litva kənd təsərrüfatı məhsulları tədricən Azərbaycanda da öz satış bazarını, eləcə də alıcılarını tapacaq. Xüsusilə də biz balıq, mal və quş əti məhsullarının satışı üzrə əməkdaşlığın genişlənəcəyini düşünürük.