Hakan Hüseynoğlu, “Etimagetiket” şirkətinin marketinq və satış üzrə direktoru
– “WorldFood Azerbaijan 2016” sərgisinin ilk iş günü bizim proqnozlarımızı artıqlaması ilə doğrultdu! Sərgi uğurla başladı və stendimizi xeyli ziyarətçi, xüsusilə də məhsullarımıza maraq göstərən şirkətlər ziyarət edib. Biz bu gün ən az beş faydalı görüş keçirmişik və sabah da yeni işgüzar görüşlər keçirməyi planlaşdırırıq. Ümumilikdə, biz sərgi sayəsində şirkətin satış həcmini artırmaq niyyətindəyik.
Biz bu sərgidə ilk növbədə ərzaq məhsullarının istehsalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə əlaqə qurmaq istərdik. Sərgi iştirakçılarının tərkibi müxtəlifdir və şübhəsiz ki, bu, müsbət haldır.
Şirkət müxtəlif məhsullar, o cümlədən ərzaq məhsulları, kosmetik və gigiyenik məhsullar və digər məmulatlar üçün etiketlər istehsal edir. Biz təxminən 10 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstəririk və buna görə də, bizim təkliflərimiz istehlakçı və sifarişçilərə yaxşı məlumdur.