Mehman Şərifi, “Javadan Setareh Co.” şirkətinin icraçı direktoru
– Biz hər hansı kimyəvi qatqıdan istifadə etmədən, təbii komponentlərdən hazırlanmış saqqızların istehsalı ilə məşğuluq. Bu məhsullar təkcə İranda deyil, xarici ölkələrdə də məşhurdur. Şirkətin digər fəaliyyət istiqaməti isə yüksək keyfiyyətli şirniyyat məmulatlarının hazırlanmasıdır.
Bizim bu sərgidə iştirak etməkdə məqsədimiz yerli bazarla tanışlıq, nümayəndəlik açmaq imkanının öyrənilməsi, eləcə də satış kanallarının və potensial tərəfdaşların axtarışından ibarətdir. Azərbaycanın ərzaq bazarı bizim üçün çox maraqlı olduğuna görə, yerli sahibkarlarla əməkdaşlıq etmək istəyinin həyata keçirilməsi üçün münbit zəmin var!
Biz sərgini yüksək qiymətləndiririk. Sərginin ilk iş günündə bir sıra maraqlı görüşlər keçirdik, sanballı şirkətlərlə tanış olduq və işgüzar əlaqələr qurduq. Həmçinin, biz sərginin bütün iş günləri ərzində görüşlərin davam edəcəyini, şirkət və ziyarətçilərin bizim stendə və məhsullarımıza böyük maraq göstərəcəklərini güman edirik.