Hafiz İsmayılov, “Katri” (Azərbaycan) MMC-nin nümayəndəsi
Mən “WorldFood Azerbaijan” sərgisini daim ziyarət edirəm və həmişə razı qalmışam. Bu tədbir isə öz həcmi ilə məni xüsusilə sevindirib, burada dünyanın 25-dən artıq ölkəsinin məhsulları təqdim edilir və buna görə də tədbir çox maraqlıdır. Müxtəlif profilli şirkətin eksperti kimi bu sərgidə bağçılıq sahəsi üzrə müxtəlif texniki sistemləri Azərbaycana gətirən və onları müştərilərin sifarişi əsasında quraşdıran “Stolze Caspian” şirkətinin stendi diqqətini cəlb etdi. Bbaş ofisi Niderland Krallığında yerləşən bu şirkət müxtəlif gücə malik olan mükəmməl suötürücü aparatlar təklif edir.
Ümumiyyətlə, belə sərgilərdə həmişə faydalı məhsullar tapmaq olar və mən öz həmkarlarıma bu sərgiləri ziyarət etməyi tövsiyə edirəm.