Ərzaq məhsullarının keyfiyyətinə nəzarət

Ərzaq məhsullarının keyfiyyətinə nəzarət

20 may 2016 0000

Kənan Məmmədov, “SEM-AZ” şirkətinin marketinq üzrə mütəxəssisi

– “SEM-AZ” şirkəti artıq üçüncü dəfədir ki, “WorldFood Azerbaijan” sərgisində iştirak edir. Biz bu dəfə genişləndirilmiş stendlə çıxış edirik. Stendimizin ekspozisiyasında informasiya materialları ilə yanaşı, şirkətimiz tərəfindən təqdim olunan ərzaq məhsullarının keyfiyyətinə nəzarət üçün nəzərdə tutulmuş analitik laboratoriya avadanlıqlarının işçi nümunələri də təqdim olunur. Maraqlanan ziyarətçilər məhsulu işlək vəziyyətdə müşahidə edir, stendimizdə olan mütəxəssislərə suallar verirlər.

Azərbaycanda təqdim etdiyimiz brendlər arasında Avropa və Amerika Birləşmiş Ştatlarının “Agilent Technologies”, “Merck”, “Gerstel”, “JAS”, “Implen” və digər tanınmış istehsalçıları yer alır.

Biz sərgidə faydalı işgüzar tanışlıqlar qurmaq, Azərbaycanın nəhəng ərzaq məhsulları istehsalçıları arasında yeni müştərilər qazanmaq niyyətindəyik. Sərgi gözəl təşkil olunub, iştirakçıların müxtəlifliyi və ziyarətçilərin çoxluğu ilə seçilir. Mən arzu edirəm ki, sərgi gələcəkdə daha da böyüyərək inkişaf etsin!

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN