İstehsal etdiyimiz ləzzətli pendirin dadına baxın!

İstehsal etdiyimiz ləzzətli pendirin dadına baxın!

22 may 2015 0000

Sergey Gordeyko, Belarus Respublikası “Berezovskiy sırodelnıy kombinat” (Berezovsk pendir kombinatı) ASC-nin kommersiya məsələləri üzrə direktor müavini

– “WorldFood Azerbaijan 2015” sərgisində “Berezovsk pendir kombinatı” ASC Belarus Respublikasının milli stendində təmsil olunur. Biz yarı-sülb (bərk) və əridilmiş pendir, yağ və quru süd məhsullarının istehsalçısı kimi, bu sərgidə böyük həvəslə iştirak edirik. Məqsədimiz öz dad, keyfiyyət və təbiiliyinə görə təkcə Belarusda deyil, həm də xaricdə məşhur olan və “Beryozka” ticarət nişanı altında istehsal edilən məhsulları Azərbaycanlı istehlakçılara tanıtmaqdır. Həmçinin, “Berezovsk pendir kombinatı” ASC Azərbaycanlı tərəfdaşlarla ticarət əlaqələrinin qurulmasına maraq göstərir.

Mən əminəm ki, “WorldFood Azerbaijan” sərgisi keyfiyyətli Belarus məhsullarını Azərbaycanlı istehlakçılara təqdim etmək üçün şirkətimizə əla imkan yaradacaq. Bundan başqa, kənd təsərrüfatı sərgiləri süd məhsullarının istehsalı sahəsində Azərbaycanlı həmkarlarımızın təcrübəsini öyrənmək və ümumilikdə, Azərbaycanın süd məhsulları bazarı ilə tanış olmaq üçün gözəl şansdır. Qida və kənd təsərrüfatı sənayesinə gəldikdə isə sərgi beynəlxalq əməkdaşlıqların qurulmasına kömək edir və şübhəsiz ki, bu da sözügedən sektorun inkişafına müsbət təsir göstərir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN