Kıvanç Kuran, “Benoplast” şirkətinin ixrac satışları bölməsinin baş meneceri
– Meyvələr üçün plastik konteyner, altlıq, qutu istehsalı sahəsində Türkiyədə birinci, Avropada isə dördüncü müəssisə olan şirkət bazarda 15 ildir ki, fəaliyyət göstərir. Şirkət müştərinin istəyi ilə istənilən növ (loqolu və loqosuz) plastik məhsullar təklif edirik. Azərbaycan bazarının potensialını qiymətləndirərək, əvvəlki illərdə olduğu kimi, “World Food” sərgisində məmnuniyyətlə iştirak edirik.
Həm yerli, həm də beynəlxalq səviyyədə üstünlük verilən brend olan “Benoplast” bir çox qida sənayesini, kənd təsərrüfatı və loqistika sahələrini təmsil edən bir sıra təşkilatların təchizatçısına çevrilib. Bizim məhsullarımız malların yerdəyişməsini və saxlanmasını asanlaşdırmağa imkan verir. Biz stendimizdə meyvə-tərəvəz üçün müxtəlif təyinatlı, fərqli ölçülü konteynerlər, su daşımaq üçün altlıqlar, çörəkdaşıma qutuları və bir sıra digər məhsulları təqdim edirik. Hələlik Azərbaycanda istehsal mərkəzinin açılmasını planlaşdırmasaq da, daimi təchizatı tam təmin edə bilərik. Biz artıq bir sıra işgüzar görüşlər keçirmiş, yerli bazarda biznesin daha da inkişaf etdirilməsi üzrə planlar hazırlamışıq. Sərgi çərçivəsində biz bir sıra işgüzar əlaqələri planlaşdırmışıq, ümidvarıq ki, bunlar əməkdaşlıq üzrə məhsuldar görüşlər olacaq. Biz keyfiyyətə görə məsuliyyət daşımaqla və yeni həll variantları təklif etməklə, Azərbaycan bazarında rəqabətə ləyaqətlə davam gətirməyə çalışırıq.