İstixana təsərrüfatları və bağçılıq mərkəzləri üçün saysız-hesabsız təkliflər

İstixana təsərrüfatları və bağçılıq mərkəzləri üçün saysız-hesabsız təkliflər

22 may 2015 0000

Тео Ştols (Theo Stolze), “Stolze Group” (Niderland Krallığı) şirkətinin sahibi

– “Stolze Group” şirkəti kənd təsərrüfatı sənayesində elektrik, su və isitmə texnikası üzrə ixtisaslaşmışdır və Azərbaycanda təşkil olunan kənd təsərrüfatı sərgisində artıq üçüncü dəfə iştirak edir. İstixana təsərrüfatı və bağçılıq mərkəzləri ilə iş sahəsində zəngin təcrübəyə malik olan şirkət həm yerli bazarda, həm də beynəlxalq bazarlarda fəaliyyət göstərir.

Biz “Caspian Agro 2015” sərgisində elektrik avadanlıqları (nəzarət qutuları, inteqrasiya elektron kontrollerlər və s.), su təchizatı sistemləri, suvarma avadanlıqları, su üçün ehtiyat çənlər, drenaj sistemləri, suyun dezinfeksiyası üzrə avadanlıqlar, istixana və qazanxanalar üçün isitmə sistemləri və digər məhsulları təqdim edirik.

Biz bir sıra Azərbaycan şirkətləri ilə əməkdaşlıq etsək də, burada rəsmi tərəfdaşımız yoxdur. Beləliklə, biz bu sərgidə yeni məhsullarımızı təqdim etmək və şirkətin müştəri bazasını genişləndirməklə yanaşı, Azərbaycanda etibarlı tərəfdaşlar tapmaq niyyətindəyik. Sərginin təşkilati səviyyəsi çox yüksəkdir və mən əminəm ki, bu tədbir həmişəki kimi dolğun və səmərəli olacaq.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN