Məqsədyönlü bazarlara daxil olmaq üçün aktual proqram

Məqsədyönlü bazarlara daxil olmaq üçün aktual proqram

19 may 2016 0000

Dimitris Diados,  “Pandora” proqramının təmsilçisi

Biz regional bazarın mühüm tədbiri olan bu sərgidə kənd təsərrüfatı məhsullarının, xüsusilə də Rusiya Federasiyası, Azərbaycan, Belarus və Çin kimi ölkələrdə becərilmiş meyvə və tərəvəzlərin  təbliğini təmin edən “Pandora” proqramını təqdim edirik.

Avropada hazırlanmış bu proqramı Yunanıstan, Rumıniya və Kipr istehsalçıları üçün nəzərdə tutulub. Proqram bu ölkələri təmsil edən şirkətlərə yeni məqsədyönlü bazarlara çıxmaq imkanı verir. Biz iştirakçı ölkələri təmsil edən şirkətlərə informasiya, konsultasiya dəstəyi göstəririk.

Adətən, yeni bazarlara çıxmaq niyyətində olan şirkətlər texniki dəstəyə ehtiyac duyurlar və bununla əlaqədar olaraq, “Pandora” proqramı bir sıra mühüm məsələlərə görə həll variantları təklif edir.

Sərgi iştirakçılarına və daim inkişafı ilə potensial tərəfdaşların diqqətini cəlb edən Azərbaycan bazarının nümayəndələrinə uğurlar arzulayıram.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN