Minsk və Bakı arasında ticarət-iqtisadi əməkdaşlıq intensiv inkişaf edir!

Minsk və Bakı arasında ticarət-iqtisadi əməkdaşlıq intensiv inkişaf edir!

19 may 2022 0000

Mixail Myatlikov, Belarus Ticarət və Sənaye Palatasının sədri

Belarusun milli pavilyonları 2015-ci ildən Caspian Aqro və InterFood Azerbaijan sərgilərində iştirak edir. Bu il stendimiz dörd ekspozisiyadan ibarətdir. Azərbaycan bazarına təchizat yaxşı qurulduğundan, əsasən ət və süd məhsulları təmsil olunur.

Sərgi ona görə əlverişlidir ki, biz burada təkcə ticarət şəbəkələrinə, Bakı sakinlərinə deyil, həm də digər ölkələrdən olan potensial tərəfdaşlara məhsul nümayiş etdirə bilərik, çünki builki sərgilərdə 24 ölkədən 450-yə yaxın şirkət iştirak edir. Xaricdən çoxlu perspektivli alıcıları bir araya toplayan Qafqaz regionunun kənd təsərrüfatı sərgiləri hər kəsi cəlb edir.

Xüsusilə qeyd etmək istərdim ki, Minsklə Bakı arasında ticarət-iqtisadi əməkdaşlıq intensiv inkişaf edir. Bizim ticarət dövriyyəmiz çox yüksək səviyyədədir: 400 milyon dollardan çox Belarus ixracatı, eyni rəqəmlərlə də Azərbaycan ixracatı ifadə olunur. Bu səviyyə hər il artır.

Azərbaycan bazarında süd məhsullarının sayı artmağa davam edir və bu yalnız mağazalara şamil olunmur. Azərbaycandan Belarusa meyvə-tərəvəz tədarükü uğurla inkişaf edir. Ciddi artım 2017-ci ildə Minskdə Azərbaycan Ticarət Evinin açılışından sonra başlayıb. Azərbaycan şirkətləri tərəfindən tədarüklərin həcmi xeyli artıb, mallar həm ticarət şəbəkələrində, həm də bazarlarda mövcuddur.

Qafqaz bazarı bizim üçün maraqlıdır, biz bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN