Müasir dizaynlı loqotip və etiketlərin hazırlanma texnologiyası

Müasir dizaynlı loqotip və etiketlərin hazırlanma texnologiyası

20 may 2019 0000

Andrey Romanov, “TCD” dizayn studiyasının təsisçisi (Kiyev)

Şirkət Azərbaycanın “ASPI” və “AZ-Granata” şirkətləri ilə əməkdaşlıq təcrübəsinə malikdir, belə ki, biz bu şirkətlər üçün şərab butulkaları və tünd spirtli içkilər üçün etiketlər hazırlamışıq.

Azərbaycanın digər kənd təsərrüfatı məhsullarının istehsalçıları da bizim üçün maraqlıdır, buna görə də biz “WorldFood Azerbaijan” sərgisində qonaq qismində iştirak edirik və əməkdaşlığa hazırıq.

Biz müxtəlif məhsul növləri üçün müasir dizaynlı loqotip və etiketlərin hazırlanma texnologiyası barədə məlumat verə biləcəyimiz Avropada keçirilən əksər sərgilərdə iştirak edirik. Azərbaycanda öz işimizlə şirə və digər kənd təsərrüfatı məhsullarının istehsalçılarını maraqlandırmağa ümid edirik, xüsusilə də, “Azərbaycan sənaye korporasiyası”nın stendində üzümçülük müəssisələrindən biri ilə əməkdaşlıq imkanlarını ilkin olaraq müzakirə etdik.

Şirkətin portfelinə Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, İtaliya və ABŞ-da reallaşdırılmış yüzdən artıq uğurlu layihə daxildir. Ümidvarıq ki, mükəmməl təşkil edilmiş “WorldFood Azerbaijan” sərgini bu layihələrə yenilərini əlavə edəcək.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN