Andrey Ovçaruk, “Keyfiyyətli Avropa pendirləri” layihəsi üzrə məsləhətçi
– Biz “WorldFood” sərgisində debüt edirik və stendimiz təşəbbüskarı Bolqarıstan Pendir İstehsalçıları Assosiasiyası olan cəlbedici “Keyfiyyətli Avropa pendirləri” adı altında təşkil olunub. Beləliklə, burada Bolqarıstan pendirinin Azərbaycan, Qazaxıstan və BƏƏ-də təbliğ edilməsi üzrə üçillik layihəyə start verilir. Bu layihə çərçivəsində sərgilərdə iştirakla yanaşı, baş aşpazlar və pendir məmulatlarının yayılması ilə əlaqədar olan hər kəs üçün təqdimatların, eləcə də distribyutorların Bolqarıstana səfərlərinin təşkili, habelə super-marketlərdə dequstasiyalar, mətbuatda təbliğat və s. tədbirlər nəzərdə tutulub.
Bolqarıstanın kəsmikli – ağ və sərt “Kaşkaval” pendiri keçmiş sovet ölkələrində yaxşı tanınır və Azərbaycan istehlakçılarından yüksək qiymət alıb. Biz sərgidə layihəmizə böyük maraq müşahidə edirik. Sərginin ilk iş günündə yerli distribyutorlarla bir sıra görüşlər keçirmişik və Bolqarıstanın Pendir İstehsalçıları Assosiasiyasına daxil olan istehsalçıların (50-dən artıq şirkət) məhsullarının geniş çeşidinin sınaq məqsədi ilə təchizatı haqqında razılıq əldə etmişik.
Sərginin yekunlarına əsasən, biz super-marketlərdə baş aşpazlarla dequstasiyalar keçirə biləcəyimiz və kulinariya üzrə ustad dərslərini (“master-klass”lar) təşkil edə bilən tərəfdaşlar, media tərəfdaşları tapmaq niyyətindəyik. Biz sərgini çox bəyənirik, belə ki, bu, biznes təyinatlı və çoxsaylı maraqlı ziyarətçisi olan bir tədbirdir.