Qədim şərabçılıq ənənələri

Qədim şərabçılıq ənənələri

22 may 2015 0000

İlkin Quliyev, “Göygöl Şərab” ASC-nin marketinq üzrə meneceri

- “WorldFood Azerbaijan 2015” sərgisində iştirak etməkdə əsas məqsədimiz şirkətimizin yeni məhsulları barədə sərgi ziyarətçilərinə məlumat vermək, habelə özümüzə yeni müştərilər axtarmaqdır. Şirkətimiz Rusiya və MDB ölkələrinin bazarlarında, eləcə də daxili bazarda müştəri bazasını genişləndirmək niyyətindədir.

Şirkətin əsas üstünlüyü ənənəvi istehsaldır. Məlum olduğu kimi, şirkətimizin tarixi 1860-cı illərə təsadüf edir. Hələ o vaxt Azərbaycana köçmüş almanlar üzüm istehsalını inkişaf etdirməyə başlayaraq şərabçılığın əsasını qoydular və beləliklə də, ənənəvi şərabçılıq meydana gəldi. Məhz bu ənənə şirkətimizin üstün cəhətidir. “Göygöl Şərab” şirkəti şərab istehsalı üzrə belə qədim ənənəyə malik olan ilk Azərbaycan zavodudur.

Bu gün bizim zavod ən son avadanlıqlar və klassik texnologiyaların vəhdətini təşkil edən müasir sənaye müəssisəsidir. Müəssisədə istehsalat sahələri, habelə əsas və köməkçi sexlər yenidən qurularaq bərpa edilmişdir. Zavodun istehsal strukturuna üzüm qəbulu sexi, üzümün ilkin / ikinci emal sexləri, şərab və konyak doldurma sexi, araq hazırlama və doldurma sexi və s. bölmələr daxildir.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN