Sərgi uğura aparan bir yoldur

Sərgi uğura aparan bir yoldur

10 i̇yun 2021 0000

Fahrettin Can, “CAN-PA” MMC-nin təsisçisi

“CAN-PA” MMC olaraq yolumuzu 1993-cü ildə “Can” markasını daşıyan şirniyyat istehsalı ilə başladıq. Onlarca dadı damaqda qalacaq lokum çeşidləri, bir-birindən ləzzətli marmelad, pişmaniye, draje, noğul ,paxlava, şəkərbura kimi bir neçə şirniyyat çeşidləri istehsal etməklə yanaşı, distribütörlüyünü etdiyi “Elit” və “Taha” firmalarının çeşidləri ilə illərdir milli şirniyyat sahəsində fəaliyyətimizi davam etdiririk.

Keyfiyyəti və görünüşü ilə daim diqqət çəkən “Can” məhsulları xarici ölkələrdə də seçilir. 2018-ci ildə ölkəmizdə keçirilən Beynəlxalq Qida Sərgisində "Ən Gözəl Stend" nominasiyasına layiq görülən "CAN-PA" MMC, eyni ildə Özbəkistanın Beynəlxalq Qida Sərgisində də "Ən Yaxşı Məhsul" nominasiyası ilə mükafatlandırılmışdır.

Caspian Agro sərgisində şirkətimiz istehsal sahəsi olduğu üçün tərəfimizdən istehsal edilən məhsullarımızın həmçinin idxal etdiyimiz bir sıra məhsulların nümayişini etdiriləcək. Yeni olan bir neçə məhsulların tanıtımı daddırılma ilə birgə həyata keçiriləcəkdir.

Qida sərgilərində iştirak etmək bizim şirkət üçün uğurlu addım olaraq qeydə alınır. Sərgi zamanı olan proseslər, B2B danışıqlar və s. şirkətlər arası münasibətlərə müsbət təsirini göstərir. Bunun nümunəsi olaraq Beynəlxalq Qida Sərgisi zamanı qazandığımız "Ən Gözəl Stend" nominasiyasımızı göstərə bilərik.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN