Şərab, içməli su, limonadlar…

Şərab, içməli su, limonadlar…

20 may 2016 0000

Rasim Ömərov, “Göygöl” Şərab Zavodunun istehsalat rəisi

– Artıq dəfələrlə “WorldFood” sərgisində iştirak etmiş “Göygöl” Şərab Zavodu ən son avadanlıqlarla klassik texnologiyanın vəhdətini təşkil edən müasir sənaye müəssisəsini təqdim edir. Bizim bu sərgidə iştirak etməkdə məqsədimiz müəssisəmizi yerli və xarici bazarlarda tanıtmaqdan ibarətdir.

Zavodda istehsal olunan məhsullar arasında “Xan” brendi altında hazırlananmış araq-şərab məmulatlarıdır. Biz şərabı zavodun şəxsi geniş plantasiyalarında becərilən üzümdən hazırlayırıq. Bununla yanaşı, müəssisənin məhsulları arasında “Göygöl” içməli suyu və “Tutu” limonadları kimi spirtsiz içkilər də yer alır.

Zavodun istehsal etdiyi məhsul çeşidi və həcmi hər il genişlənir, müəssisənin istehsal gücü yenilənir. Ziyarətçilər bizim fəaliyyətimizdəki bütün yeniliklər barədə məlumatları stendimizdəki mütəxəssislərdən ala bilərlər.

Sərgi sənaye və belə səmərəli tədbir sayəsində öz məhsullarını maraqlanan ziyarətçilərə nümayiş etdirmək, habelə tərəfdaşlarla işgüzar əlaqələr qurmaq imkanı əldə edən bütün iştirakçılar üçün mühüm əhəmiyyət kəsb edir.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN