Soyuducu komplekslərinin quraşdırması üzrə lider

Soyuducu komplekslərinin quraşdırması üzrə lider

22 may 2015 0000

Petr Qolovin, “Plattenhardt + Wirth” şirkətinin MDB ölkələri üzrə baş təmsilçisi

– Biz Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisində Almaniyanın “Plattenhardt + Wirth” şirkətini təmsil edirik. Şirkət meyvə-tərəvəz anbarları, loqistika mərkəzləri və digər obyektlərin tikintisi ilə məşğuldur. Şirkətimiz 1965-ci ildən bəri soyuducu kameraların tikintisi sektorunda fəaliyyət göstərir. Biz istənilən növ meyvə-tərəvəz üçün soyuducu komplekslərin quraşdırılması üzrə Almaniya və Avropa bazarlarında liderik. “Plattenhardt + Wirth” şirkəti soyuducu kameraların MDB ölkələrində layihələndirilməsi və tikintisi üçün bütün zəruri sertifikat və icazələrə malikdir. Bu sərgi bizə yeni müştərilər tapmaq və mövcud müştərilərlə əlaqələri möhkəmləndirməkdə kömək edir. Biz artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. İndiyə qədər bir sıra böyük layihələri reallaşdırmışıq və gələcəkdə də yerli şirkətlərlə əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Sərgi şəxsən məndə çox gözəl təəssürat yaratdı. Mən artıq yeddinci dəfədir ki, burada iştirak edirəm və deyə bilərəm ki, sərgi ildən-ilə inkişaf edir, böyüyür. Sərginin təşkilatçılığı çox yüksək səviyyədədir. İnsanlar bura Azərbaycanın müxtəlif guşələrindən, hətta qonşu ölkələrdən gəlirlər. Burada dünyanın müxtəlif şirkətləri təqdim olunur. Bütün bunlar sərginin yüksək səviyyədə təşkilinin göstəricisidir.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN