Ahmet Sait Okumuş, “Furkan” şirkətinin meneceri
– Biz “WorldFood Azerbaijan” sərgisindəki debütümüzü su üçün filtrasiya sisteminin təqdimatına həsr etmişik. Bu sistem vasitəsi ilə quyu suyu zəruri təmizləmə mərhələsindən keçərək, ərzaq məhsullarının hazırlanması üçün qida sənayesində istifadəyə yararlı vəziyyətə gəlir.
“Furkan” şirkəti artıq dörd ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərir və 30 artıq layihəni həyata keçirməklə, özünü yaxşı tanıdıb. Biz öz stendimizdə şirkətin Azərbaycandakı daimi müştəriləri ilə görüşlər keçirməyi və yeni faydalı tanışlıq əlaqələri qurmağı planlaşdırırıq.
Sərgi öz dolğunluğu, peşəkar ziyarətçiləri fəallığı və şirkətin məhsullarına göstərilən maraq baxımından bizim proqnozlarımızı artıqlaması ilə doğrultdu. Biz ümidvarıq ki, bu forum vasitəsi ilə qarşıya qoyduğumuz məqsədlərə çatacaq və potensial müştərilərə şirkətimiz barədə məlumat verəcəyik.