“WorldFood Azerbaijan 2015”: dünya qida bazarının ən yaxşı ənənələri

“WorldFood Azerbaijan 2015”: dünya qida bazarının ən yaxşı ənənələri

23 may 2015 0000

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq "Qida sənayesi” (“WorldFood Azerbaijan 2015”) sərgisinin sonuncu iş günüdür. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər. Regionda qida sənayesi üzrə ən mühüm və əhəmiyyətli tədbirlərdən biri olan bu sərgi qida sənayesi sahəsində əldə edilmiş nailiyyətləri uğurla nümayiş etdirərək, mütəxəssislər üçün görüş yerinə, eləcə də kənd təsərrüfatı sahəsi üzrə texnika, avadanlıq, məhsul və xidmətlərin nümayiş edildiyi məkana çevrildi.

“WorldFood Azerbaijan” sərgisi yerli və xarici istehsalçılar üçün qida məhsulları bazarında bələdçi olmaqla yanaşı, sənayenin bir çox hazırkı lideri üçün Azərbaycan bazarında fəaliyyətin başlanğıc nöqtəsinə çevrilmişdir. Sevindirici haldır ki, sərgi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin elan etdiyi “Kənd Təsərrüfatı İli”nə həsr olunmuş Tədbirlər planına daxil edilib.

Ənənəvi olaraq, ölkə başçısı İlham Əliyev bu il də “WorldFood Azerbaijan 2015” sərgisini ziyarət etdi və milli stendlərə baş çəkərək, sərginin əsas istiqamətləri ilə tanış oldu. “WorldFood Azerbaijan 2015” sərgisi ilə eyni vaxtda Azərbaycan Beynəlxalq “Kənd Təsərrüfatı”  (“CaspianAgro 2015”) sərgisi keçirilir. Hər iki tədbir bir-birini tamamlayaraq sahə üzrə tematikanı əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, dünyanın 39 ölkəsini təmsil edən 293 şirkəti bir araya toplayırlar.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək bildirdi ki, kənd təsərrüfatı sahəsi iqtisadiyyatın qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Bununla yanaşı, əsas diqqət ərzaq təhlükəsizliyi, rəqabətlilik və idxala yönəldilir. Bu sərgi qabaqcıl təcrübələrin öyrənilməsinə imkan verməklə yanaşı, qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətə davamlı olmasına kömək edir. Belarus Respublikası Baş nazirinin birinci müavini cənab Vladimir Semaşko öz çıxışında kənd təsərrüfatı sektorunun Azərbaycan iqtisadiyyatındakı artan rolunu qeyd edərək, kənd təsərrüfatı sənayesi üzrə böyük beynəlxalq layihələrin reallaşdırılmasında Belarus - Azərbaycan əlaqələrinin aktuallığını vurğuladı. “ITE Group Plc.” şirkətinin icraçı direktoru cənab Edvard Stroon isə öz çıxışında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirdi.

Keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi hər il mütəxəssislər arasında görüşlərin keçirilməsi, habelə qida sənayesi sahəsi üçün texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından etibarlı platforma kimi özünü doğrultmaqla yanaşı, yeni müştərilər axtarmaq, mövcud tərəfdaşlarla biznes münasibətlərini möhkəmləndirmək, eləcə də yeni satış bazarlarına çıxmaq imkanı yaratmışdır. Sərgidə hər il dünya qida bazarının aparıcı iştirakçıları olan bir sıra Avropa və Asiya ölkələri yer alır. Avstraliya, Argentina, Belarus və Litva sərgidə milli ekspozisiya ilə çıxış edirlər. Sərginin ənənəvi bölmələrində balıq, mal / qoyun və quş əti, konservlər, süd məhsulları, baqqaliyyə, qənnadı və un məmulatları, soyuducu sistemlər, içkilər və digər məhsullar təqdim olunur. Sərgidə həmçinin çörəkxanalar üçün avadanlıqlar, eləcə də qablaşdırma avadanlıqları nümayiş olunur.

Sərgi ziyarətçiləri qida sənayesinin əsil bayramına şahid oldular, belə ki, qəlyanaltı, un məmulatları, delikates, meyvə, şirə, çay və şərab dequstasiyası ilə yanaşı, “WorldFood Azerbaijan” sərgisinin qonaqları və qida sənayesi üzrə mütəxəssislər xarici iştirakçıların milli musiqilərini də məmnuniyyətlə dinlədilər. Bakı Ekspo Mərkəzinin foyesində nümayiş olunan istedadlı foto-rəssam Nübar Həsənovanın əsərlərindən həzz aldırlar, incə zövqlə ifa edilən klassik akkordlara qulaq asdılar, sınaq, sorğu və dialoqlarda iştirak etdilər. Qida sənayesi üzrə ən yaxşı avadanlıq istehsalçılarının keçirdiyi təqdimatlar, ustad dərsləri (“master class”) və verdikləri bir sıra maraqlı təkliflər əksər stendlərin vizit vərəqəsinə çevrildi.

Xəzər Beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” (“Ipack Caspian 2015”) sərgisində qablaşdırmanın istehsalı üçün lazımı dəzgah və avadanlıqları, habelə sənayenin müxtəlif sahələri üçün qablaşdırma materialları və hazır məhsulları təqdim olundu.

“WorldFood Azerbaijan 2015” və “Ipack Caspian 2015” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Layihələr üzərində işə “ITE Group Plc.” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay) şirkətləri cəlb olunub. Bu müəssisələr beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edirlər.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN