“WorldFood Azerbaijan 2016” sərgisi – dünya istehsalçılarından aktual təqdimatlar

“WorldFood Azerbaijan 2016” sərgisi – dünya istehsalçılarından aktual təqdimatlar

19 may 2016 0000

May ayının 19-da Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq “Qida sənayesi” (“WorldFood Azerbaijan 2016”) sərgisi öz işinə başladı. Bir sıra ölkələrin qida sənayesi üzrə nəhəng sərgilərini özündə birləşdirən və bütün dünyada tanınan “WorldFood” brendinin tərkib hissəsi olan bu tədbir haqlı olaraq qida sənayesinin mühüm və əhəmiyyətli sərgilərindən biri hesab olunur.

“WorldFood Azerbaijan” sərgisi Azərbaycan Beynəlxalq “Kənd təsərrüfatı” (“CaspianAgro 2016”) və Xəzər Beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” (“Ipack Caspian 2016”) sərgiləri ilə eyni platformada keçirilir. Bu layihələrin vəhdətinin uğuru onların kənd təsərrüfatı sektorunun bütün sahələrini əhatə etməsi və dünya bazarında təmsil olunan tanınmış şirkətləri təqdim etməsindədir.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov hökumətimizin böyük diqqət göstərdiyi iqtisadiyyatın qeyri-neft sektorunun əhəmiyyətini vurğulayıb. Buna görə də, nazirin sözlərinə görə, bu sərgi yerli nailiyyətlərin nümayiş etdirilməsi və iqtisadiyyatın bu sahəsindəki xidmətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayır. "CaspianAgro” sərgisi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut etmişdir.

“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov öz çıxışında məlumat verib ki, sərgi 11 faizlik artım nümayiş etdirir və tədbir iştirakçılarının 67 faizini xarici şirkətlər təşkil edir. Bu il “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində dünyanın 34 ölkəsini təmsil edən 309 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, BƏƏ, Rusiya, Çexiya və digər ölkələr yer alır. Sərgi Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də xaricində yerləşir. Türkiyəni 20-dən artıq şirkət təmsil edir. “Şri-Lanka Ti Bord” dövlət çay komitəsi Şri-Lankanı təmsil edən xalis Seylon çayı istehsalçılarından ibarət qrupa rəhbərlik edir.

Bütün eksponentlərin 25%-ni təşkil edən yerli istehsalçı və distribyutorlar böyük fəallıq göstərirlər. Onların arasında Respublikanın qida sənayesi üzrə aparıcı şirkətlər, sərginin daimi iştirakçıları – “Azersun Holding”, “Atena”, “Caspian Construction Systems”, “Gilan Holding”, “Metak”, eləcə də bu il sərgidə debüt edən “Amoris”, “Buta Group”, “Modern Group” şirkətləri yer alır. Şirkətlər konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məhsulları, şirniyyat məmulatları, içkilər, soyuducu sistemlər və bir sıra digər sahələr üzrə məhsulları təqdim edir. Yerli bazarda ilk dəfə təmsil olunan Azərbaycan şirkətləri tərəfindən meyvə və tərəvəzlərin geniş çeşidinin təqdim olunur. Ötənilki sərgi ilə müqayisədə iştirakçıların tərkibi və təqdim olunan məhsul çeşidi artıb. Azərbaycan, BƏƏ, Rusiya, Türkiyə, Ukraynanı təmsil edən iştirakçılar sənayenin müxtəlif sahələri üçün qablaşdırma məhsullarının istehsalı və formalaşdırılması üçün avadanlıqlar, etiketləmə avadanlığı, qablaşdırma materialları, tara və hazır qablaşdırma məhsullarını təqdim edir.

Bu forumun VİP iştirakçıları arasında Gürcüstanın kənd təsərrüfatı naziri cənab Otara Daneliya, Niderland Krallığının senatoru və xüsusi elçisi cənab Rene van der Linden, Türkmənistanın Kənd Təsərrüfatı Nazirliyinin aqrar islahatlar və dünya təcrübəsinin öyrənilməsi idarəsinin rəhbəri cənab Kərim Saparov və bir sıra digər qonaqların yer alır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi uzun illər ərzində “WorldFood Azerbaijan” sərgisinə yaxından dəstək göstərir. Bu sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

"WorldFood Azerbaijan” və “Ipack Caspian” sərgilərinin təşkilatçıları qismində "Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc.” şirkətləri çıxış edirlər. Artıq 8 ildir ki, sərgi Beynəlxalq Sərgi Cəmiyyəti “UFI” (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təqdir olunur. Bu da sərgilərin bütün beynəlxalq standartlara uyğunluğunu təsdiq edir və tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN