“WorldFood Azerbaijan 2016” sərgisi: yerli məhsulların əla dadı, yüksək keyfiyyəti və zəngin çeşidi

“WorldFood Azerbaijan 2016” sərgisi: yerli məhsulların əla dadı, yüksək keyfiyyəti və zəngin çeşidi

21 may 2016 0000

Bu gün dünyanın 24 ölkəsindən 126 şirkəti bir araya toplamış 22-ci Azərbaycan beynəlxalq “Qida sənayesi” (“WorldFood Azerbaijan 2016”) sərgisinin sonuncu iş günüdür.

Burada Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, BƏƏ, Rusiya, Çexiya və digər ölkələri təmsil edən şirkətlər öz zəngin ekspozisiyasını təqdim edirlər. Sərgidə Türkiyəni iyirmidən artıq şirkət təmsil edir. Şri-Lankanın xalis Seylon çayı istehsalçılarından ibarət qrupa rəhbərlik edən Şri-Lanka Dövlət Çay Komitəsi (“Shri-Lanka Tea Board”) isə sərgidə debüt edir.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin, eləcə də bir sıra yerli və xarici nazirlərin, habelə bazarın nəhəng iştirakçıları, qida sənayesi üzrə investorlar və ekspertlərin “WorldFood Azerbaijan 2016” sərgisini ziyarət etmələri bu tədbirin aktuallığını göstərir. Sərgidə kənd təsərrüfatı sahəsi üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcək.

İstisnasız olaraq bütün eksponentlərin öz fəaliyyətlərinə yüksək məsuliyyət hissi ilə yanaşmaları bu forumun səmərəliliyini göstərir. Söhbət hər bir hökumətin daim gündəmdə saxladığı ərzaq təhlükəsizliyi məsələsinin əsaslandırılmasından gedir. May ayının 21-də sərginin işgüzar proqramı çərçivəsində Keyfiyyət Assosiasiyası İctimai Birliyinin “Qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar” mövzusunda seminarı keçirildi. Sərgidə yerli istehsalçı və distribyutorlar geniş populyar təklifləri ilə fəallıq göstərirdilər. İstehlakçıların çoxillik rəğbətini qazanmış qüsursuz dada malik süd məmulatları, tərəvəz konservləri, şirə və kompotlar, habelə un, qənnadı məmulatları, balıq delikatesləri, milli şirniyyatlar və bir sıra digər məhsullar öz xarici analoqları ilə uğurla rəqabət aparır.

Bu il Azərbaycan, BƏƏ, Rusiya, Türkiyə və Ukraynanı təmsil edən iştirakçılar sənayenin müxtəlif sahələri üçün qablaşdırma məhsullarının istehsalı və formalaşdırılması üçün avadanlıqları, eləcə də etiketləmə avadanlıqları, qablaşdırma materialları, tara və hazır qablaşdırma məhsullarını təqdim edirlər. “WorldFood Azerbaijan” sərgisi ilə eyni platformada Xəzər beynəlxalq “Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” (“Ipack Caspian 2016”) sərgisi keçirilir. Sevindirici haldır ki, ötən il keçirilən sərgi ilə müqayisədə, iştirakçıların və təklif olunan məhsul çeşidlərinin sayı xeyli artmışdır.

"WorldFood Azerbaijan” və “Ipack Caspian” sərgilərinin təşkilatçıları qismində "Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc.” şirkətləri çıxış edirlər. Artıq 8 ildir ki, sərgi Beynəlxalq Sərgi Cəmiyyəti “UFI” (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təqdir olunur. Bu da sərgilərin bütün beynəlxalq standartlara uyğunluğunu təsdiq edir və tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN