Vaselina Çolakova, “Thermohran Engineering AD” şirkətinin dizayner-texnoloqu
- Bizim stenddə Bolqarıstanın “Thermohran Engineering AD” şirkəti təqdim olunur. Şirkətimiz qida sənayesi avadanlıqlarının layihələndirilməsi, təchizatı, quraşdırılması və işə salınması üzrə ixtisaslaşmış mühəndislik firmasıdır. Biz həmçinin təchiz edilmiş avadanlıqlarla iş üzrə konsultasiya və texnoloji dəstək, habelə işçilərin təlimləndirilməsi xidmətlərini də təklif edirik. Biz “WorldFood Azerbaijan” sərgisində ikinci dəfədir ki, iştirak edirik. Sərgi əsasən son məhsullara maraq göstərən istehlakçı auditoriyası üçün nəzərdə tutulmuşdur. Hazırda burada hazır məhsul istehsal etmək üçün xammalın emalı üzrə texnologiyalar təklif edən xeyli sayda şirkət var.
Şirkətimizdə maşınqayırma və qida texnologiyası sektorları üzrə yüksək ixtisaslı mühəndislər çalışırlar. “Thermohran Engineering AD” şirkəti meyvə-tərəvəz və süd emalı təsərrüfatı üçün avadanlıqlar, habelə spirt hazırlama sənayesi tullantılarının istifadəsi üzrə ixtisaslaşmışdır. Şirkət hazır qida məhsullarının, o cümlədən konserv, tomat pastaları, mürəbbə, cem və digər məhsulların əldə edilməsi üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli dəzgah və avadanlıqlar təklif edir. Biz artıq Azərbaycan şirkətləri, o cümlədən “Gilan Holding” şirkəti ilə əməkdaşlıq edirik.