Aydın Şamilov, “Tuna” şirkətinin satış üzrə Baş meneceri
– Bizim ekspozisiyamızdakı yeniliklər sərginin iştirakçı və ziyarətçilərinin böyük marağına səbəb oldu. Bir artıq bir neçə dəfə “WorldFood Azerbaijan” sərgisində iştirak etmişik və bu günlərdə ərzaq məhsulları – çay, düyü, makaron məmulatları və s. məhsullar üçün yeni qablaşdırma materiallarının nümunələrini təqdim edirik. Sərginin ilk iş günündə ABŞ-ın Azərbaycandakı səfiri bizim stendimizi ziyarət edərək, şirkətimizin ekspozisiyası ilə maraqlandı və məhsullarımız haqqında yüksək fikrini bildirdi. Bu məhsullar Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin də diqqətini cəlb etdi. Sərginin bir neçə iştirakçısı öz məhsulları üçün bizim qablaşdırma materiallarımızı sifariş etmək arzusunda olduqlarını bildirdilər.
Bizim stenddə yeniliklərdən başqa, qablaşdırma məhsullarının istehsalı ilə yanaşı, poliqrafiya xidmətlərinin tam spektrini əhatə edən “Tuna” şirkətinin fəaliyyəti barədə ətraflı məlumat əldə etmək mümkündür.
“WorldFood Azerbaijan” sərgisində çoxsaylı iştirak ciddi nəticələr doğurur – mütəxəssislərin təqdim olunan məhsullara marağı azalmır və bunun nəticəsində əməkdaşlıq haqqında müqavilələr imzalanır. Biz görünməmiş inkişaf nümayiş etdirən Azərbaycanın ərzaq sənayesi ilə məşğul olan bütün sahibkarları və şirkət nümayəndələrini öz stendimizdə görməkdən məmnunuq.